Reklam
Hansı Android smartfonlar tez-tez yenilənmə əldə edirlər?

Hansı Android smartfonlar tez-tez yenilənmə əldə edirlər?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Android smartfon istehsalçılarının sayı nə qədərdir? Bu sual barəsində böyük şirkətləri saymaq olsa da adı tanış olmayan bir çox Çin şirkətlərini saymaq çətinlik yaradır. Nəticədə bu sualın cavabını aydınlaşdırmaq üçün bir qədər vaxt lazımdır. Böyük şirkətlərin fərqi ondadır ki, onlar texniki tərəfin istehsalından başqa öz cihazlarının istifadəçilərini gələcəkdədə dəstəkləməyə diqqət ayırırlar. Hal-hazırda 2016-cı ilin ortalarıdır. Lakin bir çox yerlərdə Android 6.0 Marshmallow-u yeni sistem əməliyyatı ilə qələmə verirlər. Əgər həmin sistem 2015-ci ilin sonunda təqdim olunubsa o necə yeni hesab edilə bilər? Bəli sözügedən sistem aktual və müasirdir. Lakin yeni deyil. Bu cür nəzər nöqtəsi IOS platforma istifadəçisinə məxsusdur. Apple-ın sistem yenilənmələri qrafik üzrə və vaxtında təqdim olunur. Android-də isə belə deyil.

Google-ın Nexus seriyası


Google özü smartfon istehsalı ilə məşqul olmasa da şirkət bir çox istehsalçılar ilə əməkdaşlıq edir. Həmin istehsalçılar sayəsində Nexus seriyası ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bu seriyanın cihazları ən azı 2 illik trenddə qalan standart sistem əməliyyatına sahib olurlar. Bu baxımdan Google nümunə götürüləsi şirkətdir. Məsələn köhnə Nexus 5-ə rahatlıqla Android 6.0-nı yazıb işlətmək mümkündür.

Lenovo-nun Moto seriyası

Google Motorola-nı alan zaman şirkətin istehsal etdiyi smartfonların ən müsbət cəhəti onların sistem əməliyyatlarının vaxtında yenilənməsi oldu. Bununla belə smartfonlarda hansısa qıraq ayarlar və funksiyalar yox idi. Söhbət təmiz Android sistemindən gedir. Google Motorola ilə işləyə bilməyəndən sonra onu Lenovo şirkətinə satdı. Lenovo isə öz növbəsində Moto seriyasını ayrıca bir şöbə kimi yaratdı və nəticədə Lenovo-nun "bahalı” telefonlar seriyasına bənzədi. Həmçinin Android-in yeni versiyalarına kimi yenilənmək brendin güclü tərəflərindən biri olaraq qalır. Ümid edək ki, bu gələcəkdədə belə olacaq.

Sony

Sony öz smartfonlarında Android sistemlərini tez-tez yeniləməsə də şirkət köhnə smartfonlarını unutmur. Sony daha əvvəllər satışa çıxarılmış cihazlara diqqət ayırmağa çalışaraq 2 illik sistem təminatı dəstəyini göstərir. Şirkətin Android 6.0-a kimi yenilənmiş ən köhnə smartfonu Xperia Z2-dir. Lakin smartfon Android N dəstəyini alacaqmı? Çox gümanki xeyr.

HTC

Son illər ərzində HTC-nin əzəməti aşağı düşsə də şirkət həvəsdən düşmür və öz pərəstişkarlarını sevindirməyə çalışır. Qeyd etmək lazımdır ki, HTC köhnə cihazları yeni updatelər ilə dəstəkləməyə davam edən şirkətlərdən biridir. Bu siyahıya həmçinin One M7 və M9 modelləri də daxildir. Əgər şirkət bu strategiya ilə davam etsə və qiymət siyasətinə nəzər salsa onda onun smartfonlarının məşhurluğu yenidən qalxmağa başlayacaq.

Huawei

Çinli istehsalçılar sistem yenilənməsi barəsində o qədər də həvəsli olmurlar. Bir çox şirkətlər yeni smartfonları Android-in yenilənmiş versiyaları ilə satışa çıxartmağa üstünlük verirlər. Huawei Google ilə əməkdaşlıq edəndən sonra şirkət öz rəqiblərinin fonunda uğurlu nəticələr əldə etdi. Hətda Huawei söz verib ki, 2 il bundan öncə satışa çıxmış Huawei P7 smartfonu Android 6.0 yenilənməsini əldə edəcək.

Çox zaman sistem yenilənmələri tamamilə fərqli vizual dəyişikliklər əlavə etmirlər. Məsələn Android 6.0-dan Android 6.0.1-ə kimi yenilənəndə qarşında tamamilə təzə smartfonun olduğu hissi yaşanmır. Lakin buna baxmayaraq Google bu üsulla sistemin təhlükəsizliyi problemlərini həll edir. Beləliklə istehsalçılar sistem yenilənmələrini tez-tez təqdim edərək istifadəçilərin aylarla hətda illərlə belə gözləmələrinə şərait yaratmayacaqlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×