Hansı Android versiyası nə qədər istifadə edilir? (STATİSTİKA)

08.05.2017 0 PAYLAŞIM 5521 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Google, Android istifadəsi barədə ən son statistikaları təqdim etdi. Bəs ən çox yayılmış Android versiyası nədir və son Android versiyası Nougat nə qədər məşhurdur?

Google, Androidin 7-ci versiyası Nougatı qısa müddət əvvəl bazara çıxardı. Beləcə istifadədə olan Android versiyaları artarkən, yeni və köhnə Android versiyaları arasında hansının nə qədər seçildiyi də hərkəsi maraqlandıran mövzulardan oldu. 
"Google "un 5 Dekabrda bitən son araşdırmasının nəticələri isə hələki ictimaiyyət ilə paylaşılmayıb. 

Nougat isə hələ kifayət qədər məşhurlaşmayıb

Buna görə Nougat-ın istifadə faizi, sadəcə 0.4% olaraq qiymətləndirilir. Androidin ilk versiyası isə mobil telefonlarda 0.1% nisbətində istifadə edilir. Yəni hələ də ilk Android versiyasını istifadə edən müəyyən miqdarda insan mövcuddur. Digər tərəfdən hazırda ən çox seçim edilən, ən çox istifadə edilən Android versiyası, Android 5 Lollipopdur
Ümumi olaraq 34% paya sahib olan Lollipopu isə 26,3% ilə Android 6 Marshmallow izləyir. Android KitKat isə hazırda bazardakı Android əsaslı telefon və planşetlərin 24%-də yer alır.