Sevgilisi ilə ayrıldıqdan sanra hədiyyə etdiyi iPhone\'u geri istəyən oğlan, sevgilisi telefonu qaytarmadığı üçün maraqlı bir şey edib.
Əgər uzun müddət sevgili olduqdan sonra ayrılmısınızsa bu xəbərdəki hadisələr sizə tanış gələ bilər. Uzun müddət sevgili olduqdan sonra ayrılan cütlük, ayrıldıqdan sonra hədiyyə edilmiş əşyaları geri qaytarmağa qərar veriblər. Bir-birlərinə hədiyyə verdikləri hər şeyi geri qaytaran cütlük, hədiyyə edilən telefonun geri qaytarılmasında problem yaşayıblar.
Hədiyyə etdiyi iPhone\'u geri istəyən oğlana, köhnə sevgilisi qəribə bir cavab verib. Qız, hədiyyə edilən telefonu nəzərdə tutaraq "Telefonum yoxdur, yeni telefon alana kimi bu telefondan istifadə edəcəm" yazaraq mesaj göndərib. Bu mesaja əsəbləşən oğlan da qızı əsəbləşdirmək üçün bir şey fikirləşib. Telefonda öz adı ilə qeydiyyatdan keçdiyini xatırlayıb və bundan istifadə etməyə qərar verib.
"Find My iPhone" tətbiqindən istifadə edərək telefonun harada olduğunu tapıb, tətbiq vasitəsilə telefonda olan hər şeyi silib və telefonu kilidləyib. Oğlan bununla kifayətlənməyib və tətbiq vasitəsilə qıza belə bir mesaj göndərib: "Salam, telefonumu kilidlədim. Telefon mənim olduğu üçün belə şeylər edə bilirəm. Mənə fuck boy deməməliydin. Sənə #telefonsuz xoş günlər arzulayıram."
Bu mesaja əsasən anlayırıq ki, ayrılıq vaxtı bir-birlərinə heç də yaxşı sözlər deməyiblər. Mesajdakı "fuck boy" sözü bizim dildə "qız fırladan" oğlanlara deyilir. Həm də bu sözün daha pis mənaları var. Oğlan yəqinki bu sözə çox əsəbləşib və belə bir şey edib.
Şərh yoxdur