main-post-cover

    Həftənin ən yaxşı Android oyunları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Ən yaxşı Android oyunları seçəndə nəzərə almaq lazımdır ki, onlar maraqlı, keyfiyyətli və ən əsası pulsuz olmalıdırlar. Beləliklə sizlərə bu xüsusiyyətləri özündə daşıyan həftənin ən yaxşı Android oyunlarını təqdim edirik.
    You Will Fall
    You Will Fall oyunu
    Siyahıda olan ilk oyun You Will Fall adlanır. Oyun çox sadə, dinamik və məzəli time-killer janrlı oyundur. Oyun qəribə məxluq və monosikl-dən ibarətdir. Oyunda baş verəcək qalan bütün hadisələr yalnız sizin nə dərəcədə müvazinəti saxlaya biləcəyinizdən asılı olacaq. Məsələ burasındadır ki, məxluqların qəribə formaları bu cür növ nəqliyyatdan istifadə üçün nəzərdə tutulmayıb. Buna görədə siz oyuna öyrəşənə kimi dəfələrlə yıxılacaq və bəlkədə əsəb keçirəcəksiniz. Oyunu keçən müddətdə oyunçu dondurma ilə mükafatlandırılacaq. Həmin dondurmalardan istifadə edərək yeni personajları aktiv etmək mümkün olacaq. Oyunu bu linkdən yükləyə bilərsiniz.
    You Will Fall oyunu
    Monster Run
    Monster Run oyunu
    İndi isə növbə maraqlı platformerjanrlı oyun olan Monster Run-dadır. Bu oyun digər platformer janrlı oyunlardan fərqlənən xüsusiyyətlərə sahibdir. Oyundakı hər bir səviyyə maneələrdən ibarətdir. Oyunun çətinliyi ondan ibarətdir ki, hər bir maneəli səviyyəni oyunçu müəyyən rejim (hoppanmaq, iki dəfə hoppanmaq, teleportasiyaqravitasiya) vasitəsilə keçməlidir. Nailiyyətlər növbəti üsul ilə qazanılır. Hər səviyyəyə görə oyunçu qızıl qəpiklər qazanır və oyun zamanı öldüyünüz say qədər həmin qızıl qəpiklərdən çıxılır. Yerdə qalan göstərici isə yığılmış kristalların sayına vurulur. Yəni əgər oyunçu çoxlu sayda ölsə onda o ümumiyyətlə heçnə qazanmaya bilər. Bu isə oyunu daha çətin edir. Həmçinin oyunda müxtəlif xüsusiyyətlərə sahib personajlar da var. Oyunu bu linkdən yükləyə bilərsiniz.
    Monster Run oyunu
    Roofbot
    Siyahımızdakı sonuncu oyun Roofbot-dur. Bu oyun əsl tapıntıdır. Belə ki, oyun keyfiyyətli və düşüncəlidir. Yaradıcılar həmçinin ərinməyib onun üçün ayrıca bir süjet xətti də hazırlayıblar. Oyun hər şeyləri yaxşı olan robot ailəsindən bəhs edir. Onlar adi mexaniki həyatlarını yaşayırdılar. Lakin günlərin birində Uber Bot adlı robot gələrək hər şeyi məhv etmək istəyir. Bizim əsas hədəfimiz isə ona mane olmaqdır. Bütün oyun ərzində oyunçu sadəcə olaraq müəyyən predmetləri onların formalarına uyğun yerlərə yerləşdirməlidirlər. Oyun mexanikası elə qurulub ki, bizdən sonra hər bir oyun səviyyəsindəki yer məhv olacaq. Buna görədə oyunçu eyni səviyyəni ikinci dəfə keçə bilməyəcək. Roofbot çox gözəl qrafikaya və sözün əsl mənasında maraqlı, çətin oyun prosesinə ssahibdir. Oyunu bu linkdən yükləyə bilərsiniz.
    Roofbot oyunu

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər