Həftənin ən yaxşı Android oyunları (18 Mart)
Digər
07.05.2017
Farid Pardashunas
Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
Deep Town
Sözügedən oyunda siz, kainatın müxtəlif yerlərində yerləşən
planetlərdə təbii qazıntılar tapmalı olacaqsınız. Oyunun məğzi çox sadədir. Təbii
qazıntıları tapırsınız və onları sataraq pul qazanırsınız. Daha sonra həmin
pula müxtəlif texnika alırsınız. Yeni alınmış texnika sayəsində isə təbii
qazıntıları daha sürətlə tapırsınız. İlk başlayanda sizin üçün yalnız bir neçə
primitiv robot işçi aktiv olacaq. Lakin bir neçə müddətdən sonra təbii
qazıntıları daha rahat üsul ilə tapmaq üçün böyük kombaynlar aktiv olacaq. Təbii
qazıntıları axtaran zaman siz, təhlükəli yadplanetli məxluqlar ilə qarşılaşa
bilərsiniz. Təbii ki, bu zaman onları aradan qaldırmaq lazım gələcək. Oyunu burdan yükləyə bilərsiniz.
Cubiscape
Bu məntiqi oyunda siz, kublardan ibarət dünyada kiçik bir
şarı idarə edəcəksiniz. Şarı hərəkət etdirən zaman nəinki şarın özü, hətta
kublardan ibarət oyun səviyyəsi də hərəkət etməyə başlayacaq. Əsas məqsəd,
şarı, lazımi yerə o vaxta qədər çatdırmaq ki, həmin yer kublar tərəfindən
bağlanmasın. İlk baxışdan sizə elə gələ bilər ki, hər bir oyun səviyyəsində
eyni üsuldan istifadə edərək şarı, lazımi yerə çatdırmaq mümkün olacaq. Lakin bu
belə deyil. Belə ki, hər bir oyun səviyyəsi, quruluş cəhətdən bir-birindən fərqlənir.
Prosesi həmçinin müəyyən vaxtdan sonra peyda olacaq görünməz maneələr və tələlər də çətinləşdirəcək. Oyunu burdan yükləyə bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!