main-post-cover

    Həftənin ən yaxşı Android oyunları ( 21 Yanvar)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunları ilə tanış olun.
    Landing Confirmed
    Bu oyunda oyunçunun əsas məqsədi, raketi, uğurlu şəkildə Aya endirməkdir. Oyun zamanı xəritədə bir çox obyektlər olur. Məsələn körpülər, raketlər, qadağan olunmuş sahələr və s. Oyun iki hissədən ibarətdir. Birinci hissədə 15 oyun səviyyəsi var. Bununla yanaşı ilk bir neçə mərhələni tamamilə problemsiz keçmək olar. Lakin sonrakı mərhələlərə keçid etmək üçün ya müəyyən qədər pul ödəmək, yadaki 30 saniyəlik reklam çarxlarını izləmək lazım gələcək. Oyunu həm landşaft rejimində, həmdə portret rejimində oynamaq olar. Beləliklə həm smartfon, həmdə planşet istifadəçiləri oyundan razı qala biləcəklər. Oyunun digər özəllikləri kimi gündüz və gecənin dəyişilməsi, göydəki buludları, ulduzları misal gətirmək olar. Raketi idarə etmək üçün ekranın ya sol, yadaki sağ tərəfinə klikləmək lazımdır. Oyunu burdan yükləyə bilərsiniz.
    Floors
    Bəlkədə hər birimiz dərsə və ya hansısa vacib bir görüşə gecikmişik. Sizi gözləyən insanla mübahisəyə girmək riskindən azad edərək sizə həmin hisləri yenidən yaşadacaq oyun məhz Floors-dur. Qeyd etmək lazımdır ki, bu oyun artıq məşhur olmuş Ketchapp studiyası tərəfindən hazırlanıb. Oyunun baş qəhrəmanı, kostyum geyinmiş və qalstuk taxmış insandır. Onun əlində çanta var və ağlında olan yeganə fikir, tez bir zamanda görüş yerinə çatmaqdır. Onun yolu çoxlu mərtəbələrdən ibarətdir. Həmin mərtəbələrdə isə bir çox maneələr vardır. O maneələrdən hər hansına toxunmaq, ölüm deməkdir. Ekrana bir dəfə klik edəndə personaj tullanır. Klik edib barmağı ekranda saxlayanda isə tullanmağın məsafəsi uzanır. Oyunun əsas özəlliyi onun gözlənilməz olmasıdır. Məsələ burasındadır ki, personaj, mərtəbələri müəyyən qayda ilə keçmir. Bir söznən yuxarı mərtəbələrdən sonra birdən birə aşağı mərtəbələr gələ bilər. Personajın sürəti isə yüksək olduğundan, onun hansı mərtəbədə olduğunu təyin etmək çox çətindir. Burda bonus kimi kristallar çıxış edir. Həmin kristallar, maneələrin üzərində yerləşir. Onları yığandan sonra onların vasitəsilə yeni personajları aktiv etmək mümkündür. Oyunu burdan yükləyə bilərsiniz.
    Splix.io
    Bir neçə müddət bundan öncə biz sizlərə Paper.io adlı oyunu təqdim etmişdik. Həmin oyunda oyunçu daha çox ərazini ələ keçirtməli idi. Lakin həmin oyunda oyunçu yalnız botlara qarşı oynayırdı. Splix.io-da isə söhbət real oyunçularla oyundan gedir. Bununla yanaşı Splix.io-nu digər oyundan fərqləndirən başqa bir özəllik isə oyun xəritəsinin daha böyük miqyasa sahib olmalıdır. Sözügedən oyunda yalnız bir yolla uduzmaq olar. Sizin izinizi başqa bir oyunçu keçərsə bu mümkün olacaq. Bundan əlavə olaraq oyunçu öz izini də keçə bilməz. Əgər oyunçu digər bir oyunçunun izini keçsə onda izi keçilmiş oyunçu üçün artıq oyun bitir. Azad olunmuş ərazi isə ələ keçirilmək üçün yaxşı fürsət olur. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala