
Həftənin ən yaxşı Android oyunları (29 Oktyabr)
Digər
07.05.2017
Farid Pardashunas
Mobil oyunları sevənlər üçün yenidən həftənin ən yaxşı
Android oyunları siyahısını təqdim edirik.
Plants vs. Zombies Heroes


Plants vs. Zombies Heroes oyununda oyunçular iki rəqib tərəfdən
(zombilər və ya bitkilər) birini seçib bu və ya digər özəllikli şəxsi kartları
yığmalıdırlar. Bu kart oyununda döyüşlər həm singleplayer, həmdə multiplayer
rejimdə keçirilir. Singleplayer və multiplayer rejimdə zombi və bitkilər
orijinal Plants vs. Zombies oyunundakı sıra ilə düzülürlər. Yəni bitkilər
qorunur, zombilər isə hücum edirlər, Oyunda müxtəlif özəlliklərə sahib 300 ədəd
kart mövcuddur. Onları döyüş meydançasında istifadə etmək olar. Oyunçular həmin
kartları idarə edəcək 20 qəhrəmandan birini seçmək hüququna sahibdirlər. Oyunu burdan yükləyə bilərsiniz.


Masky


Bu heyrətamiz oyunda oyunçu mifik dünyanın qəribə
varlıqlarını idarə edir. Yaradıcılar oyunun baş qəhrəmanlarını
neon işıqlı robotlar tərzində hazırlayıblar. Oyundakı əsas məqsəd isə bir-birilərinin
üstünə düşmələrini əngəlləmək üçün daha çox məxluqları yığmaqla onları bir araya
gətirməkdir. Lakin məsələ burasındadır ki, robotlar stabil deyillər. Onlar həmişə
hərəkətdədirlər. Oyunçudan tələb olunan, tarazlıq işarəsini yaşıl ərazidə
saxlamaqdır. Əks halda robotlar bir-birilərinin üstünə düşəcəklər. İlk baxışdan
bu asan görünsə də tədricən həmin robotların planetləri müxtəlif istiqamətdə
əyilməyə başlayacaq. Bu isə öz növbəsində oyun prosesini çətinləşdirəcək. Oyunu burdan yükləyə bilərsiniz.


Stickman Basketball


Stickman bəlkədə mobil oyunlar arasında ən məşhur
personajlardan biridir. Belə ki, personaj hansısa müəyyən studiyaya aid
olmadığından müxtəlif studiyalar stickman-ın baş qəhrəman olduğu oyunlar
yaradırlar. Belə bir yeni oyun isə Stickman Basketball oldu. Burda onlar
basketbolçu rolunu oynayırlar. Əsas məqsəd, sevilən komandanı seçərək bütün
oyunçuları idarə etməklə bütün çümpionatlarda qalib gəlməkdir. Maraqlısı odur ki,
hər bir komanda təkcə öz formasının rəngi ilə deyil, həmdə bacarıqları ilə
seçilir. Həmçinin bir cihazda iki nəfər birlikdə bu oyunu oynaya bilərlər.
Oyunu burdan yükləyə bilərsiniz.


Linki kopyala
Həftənin xəbərləri

