main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (5 Noyabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Mobil oyun həvəskarlarının diqqətinə. Bu həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Space Marshals 2
    Taktiki stealth-shooter janrlı bu oyun çıxdığı andan etibarən həm professionalların həmdə adi oyunçuların diqqətini cəlb etmişdi. Bu təəccüblü deyil. Belə ki, oyunun yaradıcıları bütün vacib detalları yüksək səviyyədə yerinə yetiriblər. Gözəl qrafika, bir xeyli oyun məzmunu, sadə və rahat idarəetmə və xırdalığlarına kimi düşünülmüş gameplay. Beləliklə Pixelbite studiyası oyunun ikinci hissəsi ilə bizləri sevindirir. İkinci oyun bir növ birincinin davamıdır. Oyunçu əvvəlki ki, oyunda azadlıqda olan cinayətkarları tutmaqla məşğul olacaq. Lakin yeni oyun bir sıra yeniliklər əldə etmişdir. Onu da qeyd etmək lazımdır ki, komfortlu oyun üçün texniki tərəfdən bir qədər güclü smartfon lazım olacaq. Oyunu burdan yükləyə bilərsiniz.
    PinOut
    İlk baxışdan bu adi pinbol oyununa bənzəyə bilər. Lakin sözügedən oyun klassik pinbolu əyləncəli edir. Belə ki, oyundakı pinbol mühiti kanyonların tərzində hazırlanıb və oyun vaxtı çox əyləncəli retro janrlı musiqilər səslənir. PinOut-u pulsuz və reklamsız oynamaq mümkündür. Oyunu burdan yükləyə bilərsiniz.
    Paper Wings
    Paper Wings oyununda əsas məqsəd kağızdan hazırlanmış quşu idarə edərək göydən düşən qızıl qəpikləri yığmaqdır. Həmin qəpiklərin yerə düşmələrinin qarşısını almaq lazım gələcək. Əks halda oyun yenidən başlayacaq. Oyun zamanı sizləri maraqlı səviyyələr və bir-birindən gözəl kağız quşlar gözləyəcək. Oyunda idarəetmə çox sadədir. Belə ki, oyunçu barmağı ilə ekrana toxunaraq quşa istiqamət verməli və qəpikləri yığmalıdır. Oyunu burdan yükləyə bilərsiniz.
    Linki kopyala