Həftənin ən yaxşı Android oyunları (7 Yanvar)
Digər
07.05.2017
Farid Pardashunas
Həftənin ən yaxşı oyunları ilə tanış olun. Yeni ilin başlanğıcında tam fərqli oyunlar sizi gözləyir.
Angry Birds Blast
Angry Birds seriyasından tamam fərqli oyunla tanış olun. Bu
dəfə donuzlar, quşları rəngarəng şarların içinə yerləşdiriblər. Eynirəngli
şarları partladaraq quşları azad et və bu maraqlı oyunda donuzlara qarşı çıx.
Öz şar partladıcı xüsusiyyətlərindən istifadə edərək donuzları aldat və 250
maraqlı oyun səviyyəsini keç. Tapmacaları ən hiyləgər tərzdə keçərək hər səviyyədə
3 ulduz qazanmaq şansına nail ol. Gücləndiricilərdən istifadə edərək bir dəfəyə
böyük miqdarda şarları, şüşələri, taxtaları və digər əşyaları məhv et. 5, 7 və
9 şarı birləşdirərək daha güclü partlayış yaradacaq müxtəlif alətlər yarat. Bu
maraqlı əyləncəli oyun səni gözləyir. Oyunu burdan yükləyə bilərsiniz.
Desultor Time Troubler
Desultor, sizin səbrinizi və cəldliyinizi sınağa çəkəcək
yeni qəliz oyundur. Oyunda siz, smartfon ekranına toxunan zaman yalnız yuxarı
tullanan kubu idarə edirsiniz. Əsas məqsəd isə tullanan zaman qarşıdakı maneələri
keçib daha irəli getməkdir. Kubun, üzərinə tullandığı platformaların ətrafında
müxtəlif maneələr var. Bir səhv hərəkət və ya gecikmə, oyunu yenidən başlamağa
gətirib çıxardacaq. Bir yerdə çox duraraq növbəti gedişatı planlaşdırmaq da
olmaz. Belə ki, ətrafdakı divarlar tez bir zamanda kiçilərək kubu məhv edə bilər.
Oyunu burdan yükləyə bilərsiniz.
Hot Wheels: Race Off
Məşhur Hot
Wheels yarışlarına səndə qoşul. Çünki bu yarış digər yarışlardan
qeyri-adiliyi ilə fərqlənir. Təqdim olunmuş 30 avtomobildən birini seçərək
40-a yaxın dəlisov yollarda öz rəqiblərinlə yarış. Xüsusi sürətləndiricilərdən
və yollarda olan tullanma fəndlərindən istifadə edərək rəqiblərə meydan oxu.
Bununla belə öz avtomobil siyahını genişləndir və onları yenilə. Nəinki öz
dostlarınla həmdə oyunda olan mulltiplayer rejim vasitəsilə dünyanın bütün
mahir sürücüləri ilə rəqabət apar. Hot Wheels-in dəlisov yolları səni gözləyir.
Oyunu burdan yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!