Həftənin ən yaxşı Android oyunları (7 Yanvar)

08.05.2017 0 PAYLAŞIM 5225 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Həftənin ən yaxşı oyunları ilə tanış olun. Yeni ilin başlanğıcında tam fərqli oyunlar sizi gözləyir.

Angry Birds Blast

Angry Birds seriyasından tamam fərqli oyunla tanış olun. Bu dəfə donuzlar, quşları rəngarəng şarların içinə yerləşdiriblər. Eynirəngli şarları partladaraq quşları azad et və bu maraqlı oyunda donuzlara qarşı çıx. Öz şar partladıcı xüsusiyyətlərindən istifadə edərək donuzları aldat və 250 maraqlı oyun səviyyəsini keç. Tapmacaları ən hiyləgər tərzdə keçərək hər səviyyədə 3 ulduz qazanmaq şansına nail ol. Gücləndiricilərdən istifadə edərək bir dəfəyə böyük miqdarda şarları, şüşələri, taxtaları və digər əşyaları məhv et. 5, 7 və 9 şarı birləşdirərək daha güclü partlayış yaradacaq müxtəlif alətlər yarat. Bu maraqlı əyləncəli oyun səni gözləyir. Oyunu burdan yükləyə bilərsiniz.

Desultor Time Troubler

Desultor, sizin səbrinizi və cəldliyinizi sınağa çəkəcək yeni qəliz oyundur. Oyunda siz, smartfon ekranına toxunan zaman yalnız yuxarı tullanan kubu idarə edirsiniz. Əsas məqsəd isə tullanan zaman qarşıdakı maneələri keçib daha irəli getməkdir. Kubun, üzərinə tullandığı platformaların ətrafında müxtəlif maneələr var. Bir səhv hərəkət və ya gecikmə, oyunu yenidən başlamağa gətirib çıxardacaq. Bir yerdə çox duraraq növbəti gedişatı planlaşdırmaq da olmaz. Belə ki, ətrafdakı divarlar tez bir zamanda kiçilərək kubu məhv edə bilər. Oyunu burdan yükləyə bilərsiniz.

Hot Wheels: Race Off

Məşhur Hot Wheels yarışlarına səndə qoşul. Çünki bu yarış digər yarışlardan qeyri-adiliyi ilə fərqlənir. Təqdim olunmuş 30 avtomobildən birini seçərək 40-a yaxın dəlisov yollarda öz rəqiblərinlə yarış. Xüsusi sürətləndiricilərdən və yollarda olan tullanma fəndlərindən istifadə edərək rəqiblərə meydan oxu. Bununla belə öz avtomobil siyahını genişləndir və onları yenilə. Nəinki öz dostlarınla həmdə oyunda olan mulltiplayer rejim vasitəsilə dünyanın bütün mahir sürücüləri ilə rəqabət apar. Hot Wheels-in dəlisov yolları səni gözləyir. Oyunu burdan yükləyə bilərsiniz.