main-post-cover

    Həftənin ən yaxşı Android proqramları

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Söz verdiyimiz kimi bundan sonra hər həftə sonu, həftənin ən yaxşı Android, iOS oyun və tətbiqlərini sizlər ilə paylaşacağıq. Və qarşınızda bu həftənin ən yaxşı Android tətbiqləri:

    Artisto - Art Video Editor

    Uğurlu bir video redaktor olaraq saya biləcəyimiz Artisto – Art Video Editor, istifadəyə yararlı və sadə formatı ilə bu həftə üçün seçdiyimiz tətbiqlərin arasında ilk pilləni tutur. My.com B.V. firması tərəfindən hazırlanmış Artisto – Art Video Editorun həcmi isə sadəcə 24 MB-dır.

    :: Artisto – Art Video Editor tətbiqini buradan yükləyə bilərsiniz.

    Google Allo

    "Google”un yeni mesajlaşma tətbiqi olan Google Allo, təklif etdiyi emosiyalar və asistan xüsusiyyəti ilə rəqiblərindən fərqlənir. Olduqca rəngli və əyləncəli bir tətbiq olan Google Allonun həcmi isə həqiqətən çox azdır. 

    Dango: Emoji & Funny GIFs 

    Emosiya və GIF-ləri sevənlər üçün çox yararlı bir tətbiq olan Dango: Emoji & Funny GIFs, sadə bir interfeyslə sizin qarşınıza çıxır. Emoji Asisstant firması tərəfindən hazırlanan Dango: Emoji & Funny GIFs, mesajlaşma tətbiqləri ilə bir yerdə işləyə bilir.
     

    :: Dango: Emoji & Funny tətbiqini buradan yükləyə bilərsiniz. 

    Google Trips

    Həftənin maraqlı tətbiqlərindən olan Google Trips, adından da anlaya biləcəyiniz kimi Google-un yeni tətbiqlərindəndir. Ümumi olaraq götürsək, bir səyahət tətbiqi olan Google Trips, səyahət planlaşdırmağı olduqca asanlaşdırır. 

    :: Google Trips tətbiqini buradan yükləyə bilərsiniz. 

    Alarmy (Sleep If U Can)

    Bu həftənin ən yaxşı tətbiqlərindən saydığımız Alarmy ( Sleep If U Can ) – zəngli saatı, xüsusilə səhərlər oyanmaqda problem yaşayanşəxslər üçün uğurlu bir alternativdir. Delight Room firması tərəfindən hazırlanmış Alarmy, alışana qədər biraz əsəblərinizi korlaya bilər) .

    Linki kopyala