main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (12 Mart)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunlarını sizlərətəqdim edirik.
    Troll Face Quest TV Shows
    Sözügedən oyunda siz, məşhur televiziya seriallarını trolluyacaqsınız. Oyunun hər bir mərhələsi, sonu iki mümkün variant ilə bitən kiçik süjet xəttindən ibarətdir. İlk öncə oyun, sizi trollayacaq. Lakin öz bacarığınızı yaxşı sərgilədiyiniz halda siz oyunu trollamağa başlayacaqsınız. Hər bir mərhələdə hadisələr, bizi standart qərarlar verməyə sövq edəcək. Lakin bu standart qərarlar əslində səhv gedişdir. Oyunu aldatmaq və onun sizi trollamağına yol verməmək üçün siz gizli üsullardan istifadə etməli olacaqsınız. Məsələn hansısa düyməyə və ya oyun mühitindəki hansısa əşyanın üzərinə klik etməli olacaqsınız. Oyunun əsas özəlliyi isə onun, məşhur televiziya seriallarına verdiyi işarələrdir. Belə ki, oyun zamanı siz, "Game of Thrones”, "Breaking Bad” və "The Walking Dead” kimi məşhur seriallarla qarşılaşacaqsınız. Oyunu burdan yükləyə bilərsiniz.
    Yo! Let’s Up
    Sözügedən oyun, sizin tarazlıq saxlama qabiliyyətinizə meydan oxuyur. Bununla belə oyun prosesi çox maraqlı və əyləncəlidir. Oyunun baş qəhrəmanı daha yüksəyə çıxmağa çalışır. Bunu o, ekranın mütəlif yerlərindən çıxan xüsusi kərpiclərin vasitəsilə edir. Buna əsaslanaraq əgər biz daha da hündür məsafəyə qalxmaq istəyiriksə, onda növbəti kərpicə dəqiq şəkildə tullanmalıyıq. Bunun üçün ekrana bir dəfə klik etmək kifayətdir. Təbii ki, oyundakı kərpiclər müxtəlif ölçü və formaya malikdirlər. Hər bir müxtəlif forma və ölçülü kərpicə tullanmaq üçün isə lazımi traektoriya və zamanı seçmək lazımdır. Oyun prosesinə bir qədər öyrəşəndən sonra hər şey alınmağa başlayacaq. Lakin elə kritik an çatacaq ki, kərpiclərdən ibarət qala öz tarazlığını itirəcək və hər şey dağılacaq. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala