Həftənin ən yaxşı iOS oyunları (18 Dekabr)

Həftənin ən yaxşı iOS oyunları (18 Dekabr)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.

Super Mario Run


Nəhayətki Super Mario Run oyunu App Store-da təqdim olundu. İlk öncə onu qeyd etmək lazımdır ki, bu oyun bizim əvvəlki vaxtlarda oynadığımız Mario oyununa bənzəmir. Belə ki, Super Mario Run, runner janrlı oyundur. Bundan əlavə olaraq oyundakı səviyyələrin sayı da məyus edir. Hər birində 4 oyun səviyyəsi olan 6 dünya təqdim olunub. Beləliklə ümumilikdə 24 oyun səviyyəsi heçdə çox deyil. Bununla belə yaradıcılar oyun vaxtını artırmaq üçün hər oyun səviyyəsini 3 dəfə oynamağı təklif edirlər. Bu zaman da oyun səviyyələri dəyişilməz olaraq qalır. Bütün bunlardan əlavə olaraq oyunu oynamaq üçün smartfon hər dəfə internetə qoşulu olmalıdır. Bu xüsusiyyət isə bir çoxlarını qıcıqlandıra bilər. Oyunu burdan yükləyə bilərsiniz.

Pianista

Unudulmuş, əsrarəngiz və şah əsər hesab olunan klassik musiqi dünyasına qatılın. Bir oyun çərçivəsinə Ludwig van Beethoven, Sebastian Bach, Frederic Chopin kimi dahilərin olduğu 14 məşhur bəstəkar daxil olunub. Oyun prosesi zamanı ekranda taxta səth və onun alt hissəsində ağ rəngli xətti sərhəd əks olunur. Həmin taxta səth üzrə musiqi notu düşərək ağ sərhədə dəyən zaman oyunçu ekrana klikləməli olacaq. Lakin bir faktı nəzərə almaq lazımdır ki, musiqilər dahi bəstəkarlar tərəfindən yaradılıb. Beləliklə notlar çox sürətlə aşağı düşəcəklər. Oyunda bir neçə not növü vardır. Məsələn qısa notlar. Həmin notlar zamanı ekrana bir toxunuş lazım olacaq. Davamedici notlar zamanı həmin notlara klikləyib bir müddət saxlamaq lazım olacaq. Sürüşən notlar zamanı isə həmin nota klikləyərək onu müəyyən istiqamətlərdə taxta səthin üzəri ilə hərəkət etdirmək lazım olacaq. Oyunu burdan yükləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×