Həftənin ən yaxşı iOS oyunları (4 Dekabr)

Həftənin ən yaxşı iOS oyunları (4 Dekabr)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

iPhone və iPad istifadəçiləri üçün həftənin ən yaxşı iOS oyunlarını təqim edirik.

Stair Heroes


Oyunda səviyyələr sonsuz uzanan pilləkənlərdən ibarətdir. İdeyaya əsasən həmin pilləkənlər göydə başlayıb Yer kürəsinin səthində bitməlidir. Lakin bu baş vermir. Buna səbəb isə sizinlər birlikdə həmin pilləkənlərdən aşağı düşən düşmənlərdir. Onlara toxunduğunuz zaman həmin saniyədə uduzacaqsınız. Düşmənlər sizdən bəzi xüsusiyyətlərə görə üstündürlər. Birincisi onlar çoxdurlar, ikincisi isə onlar sürətlə hətəkət edirlər. Lakin onların hərəkət istiqamətlərini öncədən bilmək olar. Bundan istifadə edərək siz onların arasından rahatlıqla keçə biləcəksiniz. Pilləkənlə aşağı düşən zaman oyunçu sarı rəngli kubları yığmalıdır. Həmin kublar yerli valyuta hesab olunur. Kublar vasitəsilə sizlər yeni personajları aktiv edə biləcəksiniz. Bununla yanaşı kubları təkcə siz deyil, düşmənləriniz də götürə bilər. Beləliklə oyuna bir növ həyəcan da qatılır. Oyunu burdan yükləyə bilərsiniz.

Ski Race Club

Sözügedən oyun, dağ xizak idman növünə aiddir. Oyunun sadə olmasına baxmayaraq o, yüksək dinamikaya və çətinliyə sahibdir. İlk öncə ondan başlamaq lazımdır ki, bu oyunda finiş xəttinə çatmaq çox çətindir. Əgər ilk 3 oyun səviyyəsində oyunçular çətinlik çəkməsələr belə sonrakı səviyyələrdə onlar sözün əsl mənasında əziyyət çəkməli olacaqlar. Oyunda yalnız iki idarəetmə elementi var. Ekranın sağ hissəsinə kliklədikdə idmançı sağ istiqamətdə, ekranın sol tərəfinə kliklədikdə isə idmançı sol istiqamətdə hərəkət edəcək. Əlavə heç bir idarəetmə düyməsi yoxdur. Əsas məqsəd idmançıya heç bir zərər yetirmədən finiş xəttinə çatmaqdır. Oyunda 21 səviyyə mövcuddur. Onlardan 3-ü yeni başlayan oyunçular, qalanları isə professional və ekstremallar üçündür. Oyunu burdan yükləyə bilərsiniz.

Paper.io

Strategiya hesab olunan bu oyunda hər bir kiçik səhv belə böyük fatal nəticələrə gətirə bilər. Oyun qaydaları çox sadədir. Hər bir oyunçuya kvadrat formalı obyekt verilir. Həmin obyekti hərəkət etdirəndə o, şəffaf izlər buraxır. Artıq olan digər şəffaf izlə sizin buraxdığınız izi birləşdirən zaman siz öz ərazinizi genişləndirəcəksiniz. Təbii ki, oyunda ərazisini genişləndirməyə çalışan yeganə oyunçu siz olmayacaqsınız. Qalib gəlmək üçün bütün ərazini ələ keçirtmək lazımdır. Lakin bunu etmək demək olar ki, qeyri-mümkündür. Belə ki, oyunda səhv etmək şansı çox yüksəkdir. Hər bir oyunçunun zəif nöqtəsi, obyektin özündən sonra buraxdığı izdir. Digər oyunçunu qovmaq üçün sadəcə olaraq onun izinin üzərindən keçmək kifayətdir. Bu halda həmin oyunçu oyunu tərk edəcək, onun ələ keçirtdiyi ərazi isə tamamilə neytral olacaq. Nəticə etibari ilə oyun, ərazilərin ələ keçirilməsindən ibarətdir. Oyunu burdan yükləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×