Reklam
Həftənin ən yaxşı iOS oyunları

Həftənin ən yaxşı iOS oyunları

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Android və iOS platformalı oyunlar bir xeyli fərqlənirlər. iOS platforması üçün nəzərdə tutulmuş oyunlar keyfiyyət baxımından bir qədər yüksək olurlar. Bunu nəzərə alaraq sizlərə həftənin ən yaxşı iOS oyunlarını təqdim edirik.
Ignatius

Limbo tərzində olan Ignatius oyunu platformer janrındadır. Limbo-dakı kimi oyunçular oyun səviyyələrindəki olan tapmacaların cavablarını tapmağa çalışacaqlar. Oyun vizual cəhətdən çox gözəl və maraqlıdır. Ignatius öz maraqlı süjet xəttinə malikdir və onunla bağlı bir çox sirlərə sahibdir. Oyunçu isə öz növbəsində bu sirləri açmalıdır. Oyun Ignatius adlı oğlandan bəhs edir. Onun həyatı maraqsız və darıxdırıcı keçir. Lakin günlərin birində o, teatr rejissoru Vigo ilə tanış olur. Vigo isə onu teatr-ın görülməmiş dünyasına salır. Ignatius isə bu qorxunc paralel dünyadan çıxmağa çalışır.  Limbo sevənlər üçün Ignatius əsl sürpriz olacaq. Oyunun əsl müsbət cəhəti isə onun tamamilə pulsuz olmağıdır. Ignatius-u buradan yükləyə bilərsiniz.


Stony Road

Ketchapp studiyası bəlkədə mobil telefonlar üçün ən yaxşı oyunlar hazırlayan studiyadır. Onların yeni oyunu olanStony Road minimalistik tərzdə olsa da çox cəlbedicidir. Oyunda hadisələr müəmmalı və itkin sualtı şəhərdə cərəyan edir. Suyun daxilində isə oyunçular yalnız bu şəhərin dağılmış qalalarını görəcəklər. Oyunçular kürə vasitəsilə qalaların üzəri ilə qalxaraq onların yenidən inşasının şahidi olacaqlar. İlk baxışdan oyun sadə görünsədə bu belə deyil. Belə ki, kürə ilə qalxan zaman oyunçunun qabağına müxtəlif maneələr çıxacaq. Maneələri keçib xal toplamaqdan əlavə oyunçu öz diqqətini xüsusi yaşıl kristalların toplanmasında cəmləməlidir. Həmin kristallar vasitəsilə müxtəlif kürələri aktiv etmək mümkün olacaq. Əgər vaxtınızın tez bir zamanda keçməsini istəyirsinizsə və bu cür oyun axtarırsınızsa onda Stony Road sizin axtardığınız oyundur. Oyunu buradan yükləyə bilərsiniz.

The Quest Keeper

The Quest Keeper qısa zamanda yüksək istifadəçi kütləsi yığan oyunlardan biridir. Belə ki, oyunun 1 aydan az bir müddətdə App Store-da olmasına baxmayaraq onu artıq 1 milyondan çox insan yükləyib. Əslində Quest Keeper, Crossy Road oyununun oxşarıdır. Məhz buna görə o, bu cür məşhurluq qazanıb. Oyunda əsl məqsəd yüksək nəticə yığmaqdır. Bunu isə oyunçu oyundakı səviyyənin sonuna qədər bacardığı qədər çox irəliləməklə əldə edə bilər. Oyun varlanmaq istəyən personaj haqqındadır. Personaj öz yolunu qət etdikcə onun qabağına müxtəlif sandıqlar çıxacaq. Həmin sandıqlar isə qiymətli əşyalarla zəngindir. Ən çox rast gəlinənlər göy sandıqlardır. Lakin  nadir tapıntı olanlar isə qızılı sandıqlardır. Onları əldən buraxmaq olmaz. Təbii ki, bu qiymətli əşyalara sahib olmaq heçdə asan olmayacaq. Belə ki, oyunda sizləri bir çox tələlər gözləyir. Yəni indidən tez-tez personajın ölməyinə hazır olun. Oyunda həmçinin daxili mağaza da var. Orada yığılmış qızılların hesabına müxtəlif tələlərdən qoruyacaq əşyaları almaq olar. Bir sözlə The Quest Keeper öz janrında seçilən oyunlardan biridir və sizləri saatlarla öz dünyasına çəkə bilər. Oyunu buradan yükləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×