main-post-cover

    HƏFTƏNİN ƏN YAXŞI MOBİL OYUNLARI #1

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bu gündən etibarən sizə həftənin ən yaxşı oyunlarını təqdim edəcəyik. Bu siyahıda yeni, bir çoxunuzun gözlədiyi və məşhur oyunlar yer alacaq. 
    Sizin üçün bu həftədən etibarən başlayaraq ən yaxşı oyun və proqramların siyahısını təqdim edəcəyik. "Həftənin ən yaxşı oyunları" başlığı altına sizə təqdim edəcəyimiz oyunlar ümid edirik ki, sizin zövqünüzü oxşayacaq. Ancaq bir məqama diqqət ayırmağınızı istəyirik. Təqdim edəcəyimiz oyunların Platforma və Qiymətlərinə diqqət yetirin. Təqdim edəcəyimiz oyunlar istədiyiniz platformada və ya qiymətdə olmaya bilər. Yükləmək və ya istifadə etməmək sizin seçiminizdir.
     
    Eləs isə başlayaq.

    Bu həftə təqdim edəcəyimiz oyunlarda baxaq görək nə var: 

     Minecraft: Story Mode (Android, iOS)


    Milyonlarla istifadəçisi olan Minecraft Story Mode PC, PlayStation 4, Xbox One, PlayStation 3 və Xbox 360'ın ardından  Android və iOS üçün də yayımlanıb. Amma təəssüf ki, Windows Phone üçün hələki yayımlanmayıb. 
     Minecraft Story Mode Endir [4.99$]
     
     

     Minions Paradise (Android, iOS)


    Çılğın oğrular ilə sevilən və indiyə qədər 3 ayrı filmi çəkilən Minionların bu dəfə də Minion Paradise adlı versiyası yayımlanıb. Tamamilə pulsuz olan oyunda Minionların tətilə getməsini təmin edirsiniz. Bu oyunda hətta Phil'ə də kömək etmək əyləncəli olacaqdır.
     Minions Paradise Endir [PULSUZ]
     
     

     Sonic Dash 2: Sonic Boom (Android, iOS)


    Atari oyunlarından bu günə qədər əfsanəvi oyun personajı olan super sürətli kirpi Sonic'in yeni macərası da diqqət çəkici bir oyun olaraq gündəmdədir. 
     Sonic Dash 2: Sonic Boom Endir [PULSUZ]
     




     Balls & Holes


    Fərqli və uğurlu qrafikalara sahib olan Balls & Holes, rekord qırması ilə gündəmə gəlir. Artıq milyonlar tərəfindən sevilən bu oyunda platforma üzərində qaçarkən üstünüzə gələn qara obyeklərdən qurtulmaq üçün tullana bilər, ya da maneənin ortasındakı boşluqdan faydalanmaq üçün geri qaça bilərsiniz.
     Balls & Holes Endir [PULSUZ]
     





     Balloony Land (Android, iOS)


    Prodüserinin Parlringo firması olan oyun klassik 3lü uyğunlaşdırma məntiqinə əsaslanır. Yəni Candy Crush'a olduqca bənzədiyini deyə biləcəyimiz oyun zamanla CC seriyasını belə kölgədə qoya bilər. Balloony Land rəngli bölümləri və uğurlu oyun musiqiləri ilə sizi oyuna aludə edəcək. Eyni rəngdəki 3 şarı uyğunlaşdıraraq məhdud sayda həmlə ilə şarları təmizləməlisiniz. 
     Balloony Land Endir [PULSUZ]
     

     
    Linki kopyala