Reklam
Hekayələşdirmənin marketinq strategiyanıza müsbət təsiri

Hekayələşdirmənin marketinq strategiyanıza müsbət təsiri

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Uşaqlara yatmazdan əvvəl həyatın həqiqətləri barədə danışmaq yerinə, hekayə/nağıl danışılmasının bir səbəbi var. Hekayələrin xəyal aləmimizi inkişaf etdirən, bizi içinə çəkən və həmişə daha çoxunu istəməyimizə səbəb olan bir təsiri var.

Artıq hekayələr sadəcə uşaqların yataq otaqlarında danışılmamalıdır. Hekayələr brendlər üçün mükəmməl bir marketinq strategiyasına çevrilə bilər. Brendlər bu yolla hədəf kütləsinə səsini daha çox eşitdirə və daha çox yaddaşlarda qala bilərlər.

İndi isə hekayələşdirmənin marketinq üzərindəki 5 müsbət təsirinə baxaq.


Hekayələr inandırıcıdır.

Hekayələr hədəf kütlənizdə empatiya hissi yaradaraq, onları sizin məhsulunuzu almağa sövq edir. Məhsulunuzun yaradıcı və ya yararlı tərəflərini qeyd etdiyiniz bir siyahı nə qədər yaxşı yazılsa da, heç vaxt o məhsul haqqında maraqlı bir hekayə ilə eyni effekti verməz.

Hekayələr, müştərinizin məhsulunuzu istifadə etmədən başa düşməsinə kömək edər.

Hekayələrlə insanların sizin məhsulu istifadə etməsə belə, onu sınaqdan keçirdikləri hissini yaşada bilərsiniz. Hekayələri istifadə edərək öz baxış bucağınızı kütlənizə çatdıra bilərsiniz. Beləcə hədəf kütlənizin hiss etdikləri sayəsində onların sizin brendinizə bağlanmasına nail ola bilərsiniz.

Hekayələr brendinizi insanlaşdırar. 

İnsanlar adətən bildikləri və inandıqları şəxslərdən bir şeylər qazanmaq istəyirlər. Hekayələrin vasitəsi ilə brendinizi özəlləşdirə bilər və hədəf kütlənizin brendinizlə bir bağ yaratmasına kömək edə bilərsiniz.

Hekayələr viral təsir yaradır.

Sosial şəbəkələrdə insanlar brend səhifəsi yerinə, hekayə paylaşmağa və ya bəyənməyə üstünlük verir. Xüsusilə maraq oyandıran, təəcübləndirən və ya əyləndirən hekayələr çox daha artıq paylaşılıb, bəyənilir. Siz də insanlarda bu hissləri oyandıracaq hekayələr paylaşaraq daha çox insana çata bilərsiniz.

Hekayələr xatırlanır.

Haqqında bir hekayə hazırladığınız marketinq kampaniyaları yekunlaşsa belə, hekayəniz insanlar tərəfindən xatırlanacaqdır. İnsanlar üzərində təsir yaradan bir hekayə heç vaxt unudulmaz.

İnvestorlar üçün gələcəyi görə bilmək ən vacib xüsusiyyətdir.

"Significant Objects” layihəsi, hekayələşdirmənin insanlar üzərində nə dərəcə təsirli ola biləcəyini və hekayənin, bir məhsulun dəyərini nə qədər artıra biləcəyini görməmizə səbəb olacaq bir nümunədir. 2009-cu ildə Coşua Qlen və Rob Volker tərəfindən həyata keçirilən bu layihə "Lazımsız bir şeyə, bir hekayə ilə vaciblik qazandıra bilərikmi?” sualına cavab tapmaq üçün başladıldı. Layihə belə işləyirdi: Hər hansı maddi və ya mənəvi bir dəyəri olmayan məhsullar çox ucuz qiymətə alıb, hər birinə "saxta” bir hekayə yazaraq "eBay”da satmağa çalışırdılar. Əldə edilən nəticələr həqiqətən maraqlı idi: Ümumi 128,74 Dollara aldıqları məhsulların tamamını onlar üçün yazdıqları hekayələrlə birləşdirib 3.612,51 dollara sataraq 2700%-lik bir gəlir əldə etdilər.

Əsl Uğur Hekayəsi – Türk Hava Yolları 

Bolqarıstan-da anadan olmuş Safiyə Adəmoğlunun həyat hekayəsi üzərindən, qadın pilotlarla bağlı əlaqə yaradılır və əlbəttə insan resursları üçün danışılacaq gözəl bir hekayə ortaya qoyulur.

Arçelik – Eşqlə Dizayn Edilmiş

Arçelik və Çeliknaz-ın sevgi hekayələrini qələmə alan bu reklam silsiləsi yəqin ki, hər birimizin xatirindədir.

Cornetto – #aşktacesurolan

Məşhur müğənnilərin iştirakı ilə yay aylarında dondurma reklamlarını hekayələşdirən Cornetto-nun bu təşəbbüsü çox uğurludur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×