main-post-cover

    Hələ satışa çıxmamış Galaxy S8, "hack" olundu (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Marcianotech adlı videoblogger canlı yayım zamanı Galaxy S8-in təhlükəsizlik sistemini hack edib.

    Əslində buna tam olaraq hack demək olmaz. Lakin hələ rəsmi olaraq satışa çıxmamış smartfonun təhlükəsizlik sisteminin bu cür nasazlıqlar təqdim etməsi bir qədər təəccübləndirir. Qeyd etmək lazımdır ki, istifadəçi üzünün skan edilməsi funksiyası, "Samsung" cihazlarından ilk dəfə Galaxy S8-də inteqrasiya olunub. Bu funksiyadan istifadə edən zaman, smartfonun ön kamerası istifadəçinin üzünü skan edir və ona görə özünün block olunma özəlliyini ayarlayır. Bu zaman smartfonu yenidən blockdan çıxartmaq üçün istifadəçi üzünü bir daha skan etməlidir. Sözügedən videoblogger isə öz üzünün yerinə fotosundan istifadə edib. İlk öncə o öz üzünü skan edərək Galaxy S8-i block edib. Daha sonra smartfonu blockdan çıxartmaq üçün bir neçə dəqiqə ərzində Galaxy S8-in ön kamerasına digər telefon vasitəsilə öz fotosunu göstərib. Bir neçə uğursuz cəhdlərdən sonra Galaxy S8 sonunda blockdan çıxıb. Qeyd etmək lazımdır ki, Aprelin sonunda satışa çıxacaq Galaxy S8 və Galaxy S8 Plus modellərində həmçinin barmaq izi skanı və göz qişası skanı da olacaq.
    Linki kopyala