Ron Perlman "Hellboy" film seriyasının pərəstişkarlarına müraciət edərək üçüncü hissənin istehsalına dəstək olmalarını xahiş edib. Bu cür müraciəti aktyor öz Facebook səhifəsində edib.
"Kimsə "Hellboy 3"-ü mən gözlədiyim qədər gözləyir? Gəlin ona şans verək. Film seriyasını sona çatdıraq. Biz buna layiqik". Perlman-ın təklifini "Hellboy" filmində Abe Sapien obrazını canlandırmış Doug Jones da dəstəkləyib. Qeyd edək ki, "Hellboy II: The Golden Army" filmi 2008-ci ildə böyük ekranlara çıxmışdır. 85 milyon dollar büdcə ilə çəkilmiş film cəmisi 160 milyon dollar gəlir gətirərək uğursuz oldu. Hər iki filmin yaradıcısı Guillermo del Toro 2012-ci ildə bildirdi ki, o üçüncü hissənin üzərində çalışmağa hazırdır. Lakin bir ildən sonra o çəkilişlər üçün vəsaitin tapılmasının qeyri-mümkün olduğunu bildirdi. Universal Pictures studiyası isə filmin çəkilməsinə hələki heç bir maraq göstərmir.
Şərh yoxdur