main-post-cover

    Həm selfie çubuğu, həm də qoruyucu olan Stickbox

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Günümüzün vazkeçilməz çəkim texnikası olan selfie üçün istehsal olunan iPhone qoruyucusu eyni zamanda həm də selfie çubuğu kimi istifadə oluna bilinəcək. Artıq populyarlıqdan çıxaraq adiləşən ön kamera ilə özünü çəkmə, yəni selfie üçün milyonlarla monopod - selfie çubuğu satılıb. Amma kiçik halda belə biraz böyük olan bu cihazların daha kompakt və daşına bilən modellər olsa da, Kickstarter bununla bağlı yeni ideya fikirləşib. iPhone istifadəçiləri üçün yaradılmış Stikbox adlı qoruyucu, arxasında qoruyucu funksiyası daşıyan metal çubuqların açılması ilə eyni zamanda bir selfie çubuğu da ola bilir. Digər tərəfdən metal olması ilə diqqət çəkən Stikbox artıq çox diqqət şəkir.



    Eyni zamanda stand olaraq da istifadəyə yararlı olan bu qoruyucu üçün 33 min paund hədəf qoyulub. Amma hələ vaxtın bitiminə 36 gün qalmasına baxmayaraq 10 min paund toplayan Stikboxun istehsal olunacağı dəqiqləşib.



    19 Paundluq bu qoruyucunun mavi, ağ, qara, qırmızı, yaşıl, bənövşəyi və çəhrayı rəngləri mövcuddur. Amma 19 paundluq versiya sadəcə iPhone 6 və iPhone 6S üçün uyğundur. iPhone 6S+ ve iPhone 6+ üçün 29 paund ödəməlisiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər