Hər ay hava limanlarında neçə ədəd noutbook, sahibləri tərəfindən unudulur?

Hər ay hava limanlarında neçə ədəd noutbook, sahibləri tərəfindən unudulur?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Heç indiyənə kimi hava limanlarında neçə ədəd noutbookların istifadəçilər tərəfindən unudulduqlarını düşünmüsünüzmü?

ABŞ-ın Nyuark şəhərinin havalimanı üzrə Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) yoxlanış zamanı noutbooklarını unutduqları 70 nəfər insana səslənib. TSA-nın məlumatlarına əsasən Oktyabr-Noyabr aylarında Nyu Cersi ştatının ən böyük şəhəri Nyuark-ın hava limanında təhlükəsizlik xidməti əməkdaşları tərəfindən edilən yoxlanış zamanı 70 nəfər insan öz noutbookunu elə hava limanında unudub. Qeyd etmək lazımdır ki, beynəxalq Nyuark Liberti hava limanı, beynəlxalq aviadaşımalar üzrə ABŞ-ın ən böyük 5-ci hava limanıdır. Təbii ki, hava limanında olan çoxsaylı yoxlamalar, yorucu bürokratik prosesləri əks etdirir. Lakin bu, noutbooku hava limanında unutmaq üçün bir səbəb ola bilərmi?


Təsəvvür edin ki, iki ay ərzində Nyuark hava limanında 70 ədəd noutbook unudulub. Onların arasında həm köhnə model noutbooklar, həmdə yeni model MacBook-lar var. Onda bütün dünyadakı hava limanlarında olan saxlama kameralarında görəsən nə qədər noutbook öz sahibini gözləyir? Lakin ağıla gələn ilk sual bu deyil. Ümumiyyətlə noutbooku hava limanında necə unutmaq olar? Əgər o sizin üçün əhəmiyyətsizdirsə onda onu götürməyə ehtiyac varmı? Məsələn siz görmüsünüz ki, kimsə hava limanında rentgen skanından keçəndən sonra öz ayaqqabısını unudub təyyarəyə ayaqyalın minsin? Çox güman ki, cavab "yox” olacaq. Bunu nəzərə alaraq noutbookların bu cür laqeydsiz diqqəti hansı səbəbə görə qazandıqları məlum deyil.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×