Reklam
Hər bir "Azərbaycan Startapı"nın etməli olduğu 4 vacib əməl

Hər bir "Azərbaycan Startapı"nın etməli olduğu 4 vacib əməl

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Tipik Azərbaycan Startapı hansı xüsusiyyətlərinə görə seçilməlidir? Necə startap olmalı?

Çoxlarınız bəlkə də, startup sözünün mənasını bilmirsiniz yaxud startapı kiçik və ənənəvi bizneslərlə qarışdıranlar var. Açığı, bugünə qədər Azərbaycandan dünyaya açılan və böyük gəlir mənbəyinə çevrilən startap olmasa da bir neçə istisnalar da mövcudur. Bu tip istisnalar isə fərdi şəkildə yaxud Azərbaycandan kənarda uğur qazanan insanlara məxsusdur. Belə bir vəziyyətdə artıq 3-5 ildir inkişaf etməyə və ya etdirilməyə çalışılan Azərbaycan Startap bazarında mövcud olan startaplar hansı tipik xüsusiyyətləri ilə fərqlənirlər?

1. Özündən razı idarəçilər - Ölkəmin insanının eqosu nəyə desən dəyər. Əgər bir startap idarəçisi uğur qazanmadan və işə başlamadan gələcək səhihmlərini satışa çıxararmış kimi davranır yaxud hələ rəqibləri səviyyəsinə çatmamış rəqiblərini tənqid və təhqir edirsə Azərbaycana xoş gəlmişsiniz. Bu tip startap sahibləri bazarı partladacaqlarını iddia edirlər. Hansı partlayışdan söhbət getdiyi hələ ki, məlum deyil. Əgər qurucu və co-founder 2 və daha artıq şəxsdirsə mübahisələr elə ideya mərhələsindən başlayır. Facebook profilində CEO yazmaq uğrunda gedən mübarizə yaxud məhsul olmadan bölünən paylar, mübahisələr və bu tipli digər davranışlar startapın elə ideya mərhələsindəcə sonlanmasına səbəb olur.


2. Qranteroin - Əgər sən startapsansa və Azərbaycandasansa mütləq bu qrantın dadına baxmalısan. Qrant narkotik vasitə kimidir bir dəfə daddınsa davamını istəyirsən, bu səndən asılı deyil artıq harda qrant verən yarışma gördün qoşulmaq istəyirsən. Yerli Startap-ların bu psixologiya üzərindən getməsi startap-ın sanki, elə qrant almaq üçün yaradılması düşüncəsini yaradır. Nə yalan deyim komandalar görmüşəm ki, qrant elanı görüb, yeni ideyanı müzakirəyə atıb, necə qrantı almaqları barəsində danışıblar. Çempionlar liqasının finalı kimi gözlənilən İKT fondunun verdiyi qrantlardan danışmaq istəmirəm. Məsum startaplar əllərində 40 səhifəlik biznes planla bu dadlı və ləzzətli qrant təamından dadmaq istəyirlər.


3. Söz sox - Əgər sən startapsansa və Azərbaycadasansa, mütləq kiməsə və hansısa startapa söz soxmalısan. Minumum 3 startapda səhv tapıb, onlara söz soxan startaplar uğurlu sayılır. Təcrübədən və fəaliyyətindən asılı olmayaraq qarşı tərəfi alçaltmaq, layihəsin pisləmək, uğur qazanmayacağına inandırmaq və bu tipli sair davranışlar. Bu səni və sənin startapının zor olduğunun əsas göstəriciləridir. Əlində heçnə yoxdur amma əsas odur zorsan və ən yaxşı sənsən. Bu psixologiya ilə bazara gələnlər qısa müddət ərzində startap bazarının yerli hun tayfaları tərəfindən sıxışdırılaraq bazardan çıxarılır.

4. Mentor ol - Ac ol Mentor ol! Əsas sənin uğurun deyil, əgər bu bazarda uğur qazanmağı bacara bilmirsənsə sənin üçün çox yaxşı vakansiyamız var. Mentol ol! Dayanmadan insanlara məsləhət vermək və özündən böyük layihələri dəyərləndirib ona şərh vermək ən yaxşı seçimdir. Tədbirlərə kostyumla gəlib, 2 söz soxub getməyin ləzzəti isə əvəzsizdir. Baxsan adamın keçmişinə, bankda əməliyyat şöbəsindən o tərəfi görməyib, gəlib mentor çıxır başımıza.

Son olaraq bütün bunlara baxmayaraq qismən də olsa bazarda inkişaf var, lakin bu gedişat hələ növbəti 5 il üçün də bədbin proqnozlar verməyə əsas verir. Ən azından bu bazarın iştirakçılarının bir məqsədi var - ölkə və özlərinin inkişafına nail olmaq. İşin pis tərəfləri ilə yanaşı yaxşı tərəfləri də var və bunları gözardı etmək yanlış olardı. Son 1 ildə isə xüsusən devolvasiyalardan sonra bu bazara istər dövlətin, istərsə də real biznesmenlərin və investorların marağı artıb. Amma sadəcə maraqları, pulları yox.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×