main-post-cover

    Hər işi özü həll edən 12.500 dollarlıq yapon istehsalı ağıllı ayaqyolu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Toto Actilite adlı Yapon markası tərəfindən istehsal edilən 12.500 dollarlıq ağıllı ayaqyolu, siz heç əziyyət çəkmədən gigiyenik üsullarla işinizi həll etmənizə şərait yaradır.

    Ağıllı texnologiyalar artıq həyatımızın hər nöqtəsinə girmiş vəziyyətdədir, beləki ağıllı ayaqyolular belə artıq həyatımızın bir parçası olmağa başladı. Ancaq Yaponiyada istehsal edilən bir ağıllı ayaqyolu, adətən ağıllı olmağın sərhədlərini sınayır.
     
    Toto Actillite adlı bir Yaponiya şirkəti tərəfindən istehsal edilən on minlərlə dollar dəyərə sahib ağıllı ayaqyolu, daxilindən isidilən bir sistemə sahibdir. Oturduğunuzda olduqca isti bir ayaqyolu və sadəcə bir ədəd idarə konsolu ilə qarşılaşırsınız. İşinizi həll edib bitirdikdən sonra məsələ gigiyenaya gəldikdə isə tək bir düyməyə basaraq xüsusi sulama isti havayla qurulama sistemi ilə birlikdə heç yorulmadan təmizliyi əldə edirsiniz. Təmizlik əməliyyatı tamamlandıqdan sonra sensorlar vasitəsilə çatdırılan deodorant əlavə xoş bir qoxu olmasına da şərait yaradır.
     
    İyrəncləşmədən başa salmağa çalışdığımız bu qəribə ayaqyolu 12.500 dollarlıq qiyməti ilə indi sadəcə varlıların evində ola biləcək bir sistemdir. Ancaq irəliləyən vaxtlarda bu tərz ayaqyolular inkişaf etdirilərək daha uyğun qiymətlərlə qarşımıza çıxsa, xüsusilə restoranlar, ticarət mərkəzləri və s. kimi məkanlarda olduqca gigiyenik bir ayaqyolu imkanı təklif edilə bilər.
    Linki kopyala