
Hər velosipedi elektrikli hala gətirən təkər: GeoOrbital
Digər
07.05.2017
Farid Pardashunas
Kickstarter-da başlayan GeoOrbital, hər hansı bir velosipedin qabaq təkəri yerinə taxılaraq tək şarjda 80 Km məsafə qət edə bilir.
Elektrikli velosipedlərin ümumi dizaynına baxanda,
velosipedin dizaynında bu xüsusiyyətin ön plana çıxdığını görürük. Elektrikli
olduğunu göstərməsi üçün ya daha müasir xəttləri olur ya da mühərriki daha gözlə
seçilən hissəyə yerləşdirilir.
Bir qabaq təkər olaraq dizayn edilən GeoOrbital, hər hansı
bir velosipedi tək bir dəyişiklik ilə elektrikli hala gətirə bilir. 26 və 29
inç olmaqla iki fərqli ölçüsü olan GeoOrbitalın texniki xüsusiyyətləri
arasından irəli çıxanlar isə: Tək şarj ilə pedal çevirmədən 30 km/s sürətə
qalxa bilməsi və 30 km-ə qədər pedal çevirmədən gedə bilməsidir. Məsafəni
artırmaq istəsəniz də pedal çevirərək 80 km-ə qədər hibrid qüvvəsi ilə davam edə
bilirsiniz.
Telefonunun sönməsini istəməyən və buna qarşılıq biraz
daha pedal çevirməyə razı olanlar üçün isə GeoOrbit-in üzərindəki USB çıxışı ilə telefon şarj edilə bilir. Geoorbit, zərbələrə və cırılmağa qarşı dayanıqlı korpusu
ilə uzun illər problemsiz istifadə vəd edir. Bu ilin İyun ayında Kickstarter-da
dəstək toplayan GeoOrbit, hazırda dəstəkçilərin məhsullarını hazırlayır.

Linki kopyala
Həftənin xəbərləri

