
Həyatınızı qaydaya salmaq üçün 10 proqram
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Əlinizdə olan ən dəyərli şey zamandır. Heç düşünmüsünüz zamanınızı hara və necə xərcləyirsiz? Gəlin sizə həyatınızı qaydaya salacaq, planlaşdırmağa kömək edəcək 10 maraqlı proqram ilə tanış edək:
1. Track my Life
Saata baxıb gecə 2 olduğunu və gününuzün necə keçdiyini anlamadığınız zamanlar yəginki çox olub. Bu proqram sizə dəqiqliklə gün ərzində nəyə vaxt sərf etdiyinizi hesablamağa kömək edəcək. Proqram avtomatik çalışır və nə qədər gəzdiyinizi hesablayır. Həmçinin ən çox getdiyiniz yerlərdə proqramda qeyd olunur.
Platforma: iOS və Android.
2. CamCard
Bu proqram vasitəsilə siz elektron vizit kartlarınızı digərləri ilə bölüşə, onları bir yerdə toplaya bilərsiz
Platforma: iOS və Android.
3. MailTime
Smartfonlarınız vasitəsilə e-mailləşmək artıq adi bir hala çevrilib. Amma axırıncı dəfə bir uzun e-maili nə zaman sona kimi oxumusuz? MailTime sizin e-mailləri mesaj şəklinə salaraq oxunmasını asanlaşdırır
Platforma: iOS (Tezliklə Androiddə)
4. Triplt
İş səyahətləri bəzən çox yorucu olur. Triplt vasitəsilə sizə lazım olan bütün məlumatları əlinizin altında saxlaya bilərsiz. Uçuş bileti, otel rezervasiyası, maşın icarəsi və s. Triplt bütün bu məlumatları toplayaraq sizə gününüzü plana salmağa kömək edər
Platforma: iOS və Android.
5. Expensify
İş səyahətiniz haqqında bütün məlumatları topladıqdan sonraki iş xərcləriniz haqqında məlumatdır. Sadəcə istənilən çekin şəklini çəkin və proqrama daxil edin. Səyahətdən qayıtdıqdan sonra nə qədər və hara pul xərclədiyinizi rahatlıqla öyrənə biləcəksiz.
Platforma: iOS və Android.
6. Hshtags
Səyahətiniz zamanı sosial şəbəkələrdə baş verənlərdən xəbərdar olmaq üçün Hshtags sizə gün ərzində məhşur olan hashtagları bir yerə toplayır və sizə göstərir
Platforma: iOS və Android.
7. Things
Adından göründüyü kimi proqram sizin "hər şeyinizi" planlaşdırmaq üçün nəzərdə tutulub. Edəcəkləriniz, görüşləriniz və s. haqqında bütün məlumatı bu proqram vasitəsilə daim əl altında saxlaya bilərsiz
Platforma: iOS
8. Dropbox
Yəginki bu proqram hamıya tanışdır. 2GB virtual yaddaşınıza istənilən məlumat, şəkil, fayl yükləyin və həmin fayla dünyanın istənilən yerindən yükləmək imkanına malik olun
Platforma: iOS və Android.
9. Cold Turkey
Sizə lazım olan saytlardan başqa digər saytlara girişi bağlayır və fikrinizi bir yerə toplamağa kömək edir
Platforma: Windows və Mac
10. IFTTT (If This Then That)
Telefonunuz hər şeyi sizin əvəzinizə etsə ürəyinizcə olarmı? IFTTT vasitəsilə istifadəçilər bütün proqramlarınız idarə etmək tapşırığı verə bilər və bununlada vaxtınıza qənaət etmiş olarsız. Məsələn siz proqrama screenshotlarınızı ancaq müəyyən bir qovluqda saxlamaq tapşırığı verə bilərsiniz.
Platforma: iOS və Android.
Linki kopyala
Həftənin xəbərləri

