main-post-cover

    Hideo Kojima-dan təsirli video

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Yaponialı gamedizayner Hideo Kojima çox təsirli videonu oyunçular ilə bölüşüb. Videoda o bu illər ərzində MGS seriyasına dəstək olmuş bütün oyunçulara öz minnətdarlağını bildirib. Qərb mətbuatı və yaponiyalı jurnalistlər Konaminin rəsmi kanalında paylaşılan videonu Kojimanın öz yaratdığı seriya ilə sağollaşması kimi qələmə alıblar. Hideo Kojima Konami şirkətini bu ilin sonunadək tərk edəcək. Videonun ilk hissəsində Kojima sonuncu Metal Gear Solid üzərində çalışmış insanlarla yanaşı bu işdə ona dəstək olmuş digər insanlar ilə də görüşür. Həmin insanlar arasında səsləndirmə üzrə aktyor Troy Baker, bəstəkar Justin Burnett, dizayner Kyle Cooper və jurnalist Geoff Keighley olub. Kojima MGS seriyasının uzun ömürlü olmasına öz fikrini bildirən zaman qeyd edib ki, 1986-cl ildə o heç ağlına belə gətirmirdi ki, onun yaratdığı oyun belə məşhur olacaq. 
    Videonun ikinci hissəsində Kojima vəfat etmiş Metal Gear Solid fanatı Sean Gillespie-nin ailəsini ziyarət edir. 2014-cü ilin dekabr ayında xərçəng xəstəliyindən əziyyət çəkmiş Sean Kojimaya məktub göndərmişdir. Həmin məktub Kojima Productions-un çətin vaxtında komanda üçün əsl ilham mənbəyinə çevrilmişdir. Kojima Sean ilə görüşməyi planlaşdırsada bunun üçün artıq gec olub. Belə ki, bu ilin fevral ayında 21 yaşlı Sean vəfat edib. 
    "O vaxt ki, artıq Sean-a heç bir dərman kömək etmirdi, o rahatlığı oyunlarda tapırdı. Məhz oyunlarda o real həyatda edə bilmədiklərini edirdi. Qaçmaq, tullanmaq və s." - deyə Sean-un anası bildirib. Kojima Sean-un otağına baş çəkəndən sonra ailəyə yadigar olaraq Metal Gear Solid V: The Phantom Pain oyununun 5 kopyasını təqdim edib. Təəssüflər ki, Sean sonuncu oyunu oynaya bilməyəcək. Videonun son hissəsində Hideo Kojima oyunun gecikməsinə görə oyunçulardan üzr istəyərək bildirib ki, o yeni oyunu ilə fəxr edir.
    "Oyunçular mənim üçün hər şeydirlər. Onların enerjilərinin hesabına mən indiki yerimi tapa bildim. Əgər dərindən fikirləşsək bütün bu illər boyu bizlər Metal Gear Solid-i bir yerdə yaratmışıq. Buna görə sizə minnətdarlığımı bildirirəm. Hər şeyə görə çox sağolun" - deyə Hideo Kojima bildirib. Metal Gear Solid V: The Phantom Pain 1 Sentyabr tarixində satışa çıxaraq dünyanın bütün oyun mətbuatları tərəfindən yüksək xalla qiymətləndirilmişdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər