main-post-cover

    Hideo Kojima-nın yeni oyunundan möhtəşəm foto

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Yaponiyalı game-dizayner Hideo Kojima tərəfindən təsis edilmiş Kojima Productions studiyası E3 2016 oyun sərgisinin keçirilməsinə az müddət qalmış öz yeni oyunundan olan Ludens adlı personajın yeni fotosunu təqdim edib. Yeni fotoda personaj öz üzünün kiçik bir hissəsini göstərib. Hideo Kojima fotoya rəy bildirməyib. Bunun yerinə o oyunçulara fantaziyalarını işlədərək fotoda nəyi gördüklərini bildirməyə imkan verib. Daha əvvəl qeyd olunmuşdu ki, Ludens kosmosda səyahət etmək üçün nəzərdə tutulmuş geyim ilə təchiz olunub. Hideo Kojima yeni oyunu Sony şirkətinin dəstəyi ilə birlikdə hazırlayır. Hələki adı bilinməyən yeni oyun PC və PS4 üçün satışa çıxacaq. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər