Hideo Kojima öz yeni oyununda olacaq personajın ilk fotosunu təqdim edib
Digər
07.05.2017
Farid Pardashunas
Hideo Kojima nəhayət ki, öz yeni studiyası olan Kojima Productions-un loqosundakı personajın tam fotosunu təqdim edib. Məşhur game-dizaynerin sözlərinə görə yeni personajın adı Ludens-dir. Onun əynindəki paltar isə açıq kosmosda istifadə üçün nəzərdə tutulub. "Biz ultramüasir avadanlıqların, texnologiyaların olduğu yeni oyunu yeni gələcəkdə təqdim edəcəyik" - deyə Hideo Kojima bildirib. Hal-hazırda Hideo Kojima PC və PS4 üçün nəzərdə tutulmuş yeni oyunu üzərində çalışır. Daha əvvəl yayılmış məlumata əsasən yeni oyun The Division və Uncharted üslubunda action janrlı olacaq. Bundan əlavə olaraq söhbət Hideo Kojima-dan gedirsə oyunda çox dərin və dramatik süjet xəttini gözləmək lazımdır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!