Hindistanın yüksəlişdə olan startapları

Hindistanın yüksəlişdə olan startapları

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İnvestorlar hər nə qədər də "xəsis” olsalar da, dünyanın hər yerində onların əllərini ciblərinə atdıran və fürsətlərdən yararlana bilənlər olur.

Technote.az olaraq bundan sonra mütəmadi olaraq, sizlər üçün dünyanın müxtəlif ölkələrində lokal qlobal bazara çıxmış startaplar haqqında məlumatlar verəcəyik. Azərbaycandan kənarda, xüsusilə Asiya ölkələrində reallaşdırılan startap ideyaları barədə mütəmadi olaraq paylaşacağımız məlumatlara ilk olaraq, Hindistan bazarında son zamanlar (əsasən son bir neçə həftə) adından söz etdirən startaplardan bir neçəsi haqqında məlumatlar ilə başlayırıq.

YuppTV

YuppTV, əsası ABŞ-da yerləşən Hindistan startapıdır və Hindistan film və TV verlişlərini dünyaya çatdırmaq məqsədi ilə yaradılıb. Hindistanın "Netflix”-i olaraq adlandırılan YuppTV, bu günə qədər Hindistan şirkəti olan "Emerald Media”dan  50.000.000$ Seriya B investisiyası alıb. YuppTV, Hindistan ərazisində də kifayət qədər məşhurdur.

Capillary (Kapilyar)

Capillary Technologies, Hindistan əsaslı "Sellerworx” şirkəti tərəfindən yaradılmış müştəri məmnuniyyəti və məhsullara marağını analiz edən bir SaaS məhsuludur. Bu da satıcılara hansı onlayn marketdə satış etməklərini seçməkdə köməkçi olur. Sellerworx ümid edir ki, onlar Capillary vasitəsilə O2O (online to offline) müştəri dəstək xidmətlərini inkişaf etdirə biləcəklər.  

Sibia Analitiks

Kəlküttədə yerləşən marketinq analiz startapı Sibia Analitiks bir qrup investor tərəfindən tam olaraq bilinməyən miqdarda toxum (seed investment) investisiyası alıb. Startap 2013-cü ildə Angşuman Bataçarji tərəfindən yaradılıb və Nasscom Akselerasiya mərkəzində inkubasiya prosesi gedir.

GoZefo

GoZefo, keçən il yaradılmış, ikinci əl mebel və texnikaların satıldığı e-ticarət sistemidir və həqiqətən də işlətməyə yararlı məhsulların satışında vasitəçilik işi ilə məşğuldur. Startap, Helion Ventures şirkəti tərəfindən 1 Milyon Dollar investisiya alıb. Sinqapur əsaslı Beenext şirkəti də bu investisiya mərhələsində yer alıb.

FlexiLoans

Onlayn kredit platforması FlexiLoans bir qrup yüksək səviyyəli professional maliyyəçilər (KKR Hindistanın CEO-su Sanjay Najar, Citibank-ın əməliyyatlar şöbəsinin keçmiş rəhbəri Vikram Sud və s.) tərəfindən 15 milyon dollar investisiya edilib. İnvestorlar Epimoney adında bank olmayan kredit təşkilatı yaradaraq FlexiLoans-ı tərkibinə daxil ediblər.  

Sheroes

Sheroes, "Gharkamai” tərəfindən hazırlanmış, professional qadınlara evdə işləyə biləcəkləri işlər tapmaqda kömək edən onlayn karyera platformasıdır. Bu ilin əvvəlindən etibarən startap, 2 milyon dollar investisiya edilib.

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×