main-post-cover

    Hindistanda qeydə alınmış qeyri-adi hal

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hindistanda rekord dərəcədə tez bir zamanda cinsi inkişaf qeydə alınıb. Belə ki, 18 aylıq uşağın qanındakı testosteronun miqdarı 25 yaşlı kişinin qanındakı testosteronun miqdarı ilə eyni olub. Vaibhav (ad şərti olaraq dəyişdirilib) adlı uşağın qeyri-adi vəziyyəti ilə bağlı ilk xəbəri Hindustan Times qəzeti verib. Dehli-nin xəstəxanalarından birinə uşağın ailəsi baş çəkərək övladlarının bu qədər tez inkişaf etdiyini qeyd ediblər. Boyun rekord dərəcədə tez artmasından əlavə olaraq uşağın cinsi orqanı da həmin inkişafdan geri qalmayıb. Əvvəlcə ailə elə düşünüb ki, uşaq sadəcə olaraq digərlərindən fərqli olaraq nisbətən böyükdür. Lakin 18-ci ayda artıq uşaqda cinsi inkişafın bütün xüsusiyyətləri nəzərə çarpmağa başlayıb (səsin dəyişməsi, üz və bədəndə tüklərin əmələ gəlməsi). Həmin vaxt onun boyu 95 sm idi. Bu isə normadan 5-10 sm uzundur. Qan analizinin nəticələrinə əsasən uşağın qanında kişi cinsi hormon testosteronlarının səviyyəsi litrin 1/10 hissəsinə 500-600 nanoqramm təşkil edir. Bu cür göstəricilər 25 yaşlı kişilərə aid olunur. Uşaqların isə bu yaş dövrlərindəki göstərici litrin 1/10 hissəsinə 20 nanoqramm-ı keçmir. Vaibhav-a erkən cinsi yetişkənlik diaqnozu qoyulub. Hal-hazırda o hormonal terapiyadan keçir. Həkimlər qeyd ediblər ki, bu cür hallar tibb üçün ilk deyil. Lakin onlar çox nadir hallarda olurlar. Erkən cinsi yetişkənlik orqanizmin işinin pozulmasından xəbər verir. Bu diaqnoz endokrin sistemin zədələnməsindən, şişlərdən, infeksiyalardan və doğulan zaman olan deffektlərdən xəbər verə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər