main-post-cover

    Hissəcik sürətləndiricilər daha portativ olacaq

    07.05.2017
    Farid Pardashunas
    Müasir hissəcik sürətləndiriciləri çox böyükdürlər. Onlardan hətda ən balacası belə bir otaq böyüklüyündə yer tutur. Merilend ştatının universitetinin mütəxəssisləri həmin sürətləndiriciləri kiçiltməklə daha portativ etməyin yolunu tapıblar. Daxildə plazma lazer impulsları ilə şüalanır. Nəticədə hissəciklər sürətlənir. Alimlər bu yol ilə hissəcikləri işıq sürətinə yaxın sürətə qədər sürətləndirə bilirlər. Beləliklə indiki üsullardan fərqli olaraq daha az enerji istifadə olunur. Bu cür texnologiyaya az enerji lazım olduğundan sürətləndirici portativ sayılır. Təbii ki, bu o demək deyil ki, yaxın zamanda BAK (Böyük Adron Kollayderi) yüksək enerji tələbatı ucbatından bağlanacaq. Hər-halda portativ sürətləndiricilərin gələcəkdə potensialı daha böyükdür. Görünür böyük ölçülü sürətləndiricilərin əsri sona çatmağa başlayır.

    Linki kopyala