main-post-cover

    Hitlerin telefonu, Hərracda rekord qiymətə satıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nazilərin məşhur faşist lideri Adolf Hitler-ə aid bir telefon, çıxarıldığı hərracda 243 min dollara satıldı.

    ABŞ-ınMaryland əyalətində olan Chesapeake şəhərindəki Alexander Tarixi Hərrac Evində hərraca çıxarılan Adolf Hitler-in məşhur qırmızı telefonu, adının açıqlanmasını istəməyən bir adam tərəfindən 243 min dollara satın alındı. Arxasında Hitler-in adı və Nazi-lərin simvolunun yer aldığı telefonun hərraca çıxarılma qiyməti 100 min dollardan başlamışdı.

    Telefon, Sovet əsgərləri tərəfindən Hitler-in 1945- ci ildə intihar etdiyi sığınacaqda tapıldı. Hərrac Evinin səlahiyyətli şəxsləri, Hitler-in ölüm əmrlərini bu telefondan verdiyini bildirdilər. Telefon , insanlar tərəfindən `kütləvi məhv silahı` olaraq adlandırılırdı.
    Hərracda telefonun xaricində Hitler-ə aid olan bir də it fiquru var idi. Fiqur,24 min 300 dollara satıldı.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər