Microsoft’un virtuallıqla reallığı birləşdirən məhsulu olan HoloLens, sci-fi filmlərin ən önəmli ünsürlərindən biri olan teleportu "holoport” adlı hologram texnologiyası ilə reallığa çevirir.
Microsoft araşdırmaçısı Shahram Izadi tərəfindən tanıdılan texnologiya, bir insanın başqa bir mühitə virtual olaraq keçməsinə şərait yaradır. Bunun üçün insanlar birdən çox kamera ilə analiz edilir və digər mühitdə Hololens taxan insanın qarşısına eyni ölçülərdə çıxarılır. Əsas olaraq hologram texnologiyasını evlərə gətirən holoport sistemi, gələcəkdə insanlar arasında əlaqə\\ünsiyyət prosesinə də böyük ölçüdə təsir edəcək. Keyfiyyət hələki aşağı olsa da üzərində işlər gedən yeni texnologiya ünsiyyət platformalarında böyük innovasiya ola bilər.
Şərh yoxdur