HoloLens satışa çıxmağa tələsməyəcək

HoloLens satışa çıxmağa tələsməyəcək

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Microsoft şirkətinin yaratdığı və böyük səs-səda doğurduğu HoloLens adlı virtual reallıq eynəkləri 5 ildən sonra satşa çıxacaq. Bu məlumatı şirkətin direktoru Satya Nadella Dreamforce adlı konfrans zamanı bildirib. Onun sözlərinə görə eynəyin hazırlanması ilə satışa çıxması arasında müddət 5 ilə bərabər olacaq. Beləliklə eynəklərin tam versiyası yalnız 2020-ci ildə işıq üzü görəcək. Lakin eynəklər üçün müxtəlif növ proqram təminatı və oyunlar hazırlayan studiyalar artıq gələn ildən etibarən eynəklər üzərində çalışa biləcəklər. Nadella qeyd edib ki, həyatın müxtəlif sahələrində istifadəsi planlaşdırılan eynəklər üzərində işlərə başlayacaq studiyalar üçün bu çox əla təcrübə olacaq. Məsələn bu yaxınlarda eynəklər vasitəsilə universitet çərçivəsində gələcək həkimlərin təhsil almalarının potensialı nümayiş etdirilib. Daha sonra bizlər HoloLens üçün nəzərdə tutulmuş Minecraft oyununu gördük. Artıq NASA bildirib ki, gələcəkdə bu texnologiya vasitəsilə Marsda olacaq robotları idarə etmək mümkün olacaq. Məlumata görə Microsoft HoloLens-i aktiv şəkildə inkişaf etdirməyi planlaşdırır. Şirkət artıq bir sıra reklam agentlikləri, sərgi təşkilatçıları və böyük mağazalar ilə müqavilələr bağlayır. Nadella-nın sözlərinə görə HoloLens ilə Microsoft real həyatı rəqəmsala çevirir. Rəqəmsal dünya real dünya ilə birləşir. Məhz buna görə nəticə qarışıq reallıq adlanır. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×