Home düyməsiz Galaxy S8-in ilk fotosu sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 6846 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Yaxın bir neçə ay ərzində "Samsung” şirkəti öz yeni flaqman smartfonu Galaxy S8-i təqdim etməlidir.

Bundan əlavə olaraq həmçinin onun böyük versiyası olacaq Galaxy S8 Plus da təqdim olunacaq. Məlumata əsasən hər iki modelin qıraqları əyilmiş şəkildə olacaq. Buna görə də şirkət Edge adından imtina edəcək. Həmçinin qeyd olunur ki, Galaxy seriyasının 8-ci nəsil modelləri ilk dəfə olaraq fiziki "Home’ düyməsindən məhrum olacaqlar. Onun yerinə hər iki modelin ekranı, ön paneli tamamilə əhatə edəcək. Fotoda Galaxy S8-in və ya Galaxy S8 Plus-ın olduğu dəqiq bilinmir.

"Home” düyməsinin olmayacağı üçün çox güman ki, barmaq izi skanı ekranın özünə inteqrasiya ediləcək. Bundan əlavə olaraq smartfonların göz qişası skanına sahib olacaqları güman olunur. Yeni smartfonların texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Yalnız o məlumdur ki, onlar yeni nəsil 8 nüvəli Snapdragon 835 prosessorları ilə təchiz olunacaqlar. Son məlumatlara əsasən isə hər iki model bu ilin Aprel ayında – MWC 2017 tədbirində təqdim olunacaq.