main-post-cover

    Horizon: Zero Dawn haqqında lk məlumatlar

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Guerilla Games studiyası Horizon: Zero Dawn oyunu haqqında olan ilkin məlumatları paylaşıb. Qeyd edək ki, yeni proyekt Sony şirkətinin E3 2015 oyun sərgisi çərçivəsində keçirtdiyi press-konfrans zamanı anons olunub.
    - Oyun 4,5 ildir ki, istehsal olunur. Killzone 3-ün satışa çıxmasından sonra 20 nəfərdən ibarət kiçik komanda oyunun konseptini və nümünəsini hazırlamağa başladı. Killzone: Shadow Fall oyununun istehsalının sona çatmasından sonra isə studiyanın əsas heyyəti yeni oyunun hazırlanmasına öz diqqətini yönəltdi.
    - Guerilla Gamesin verdiyi məlumata görə Horizon studiyanın ən irimiqyaslı oyunudur.
    - Oyunda hadisələr apokalipsisin baş verdiyi vaxtdan 1000 il sonra cərəyan edəcək.
    - Oyunun baş qəhrəmanı Eloy adlı qızdır. Onun 20 yaşının olmasına baxmayaraq öz qəbiləsində ən yaxşı robot ovçusudur.
    - Robotları ovlayarkən oyunçular strateji elementlərdən istifadə etməli olacaqlar.
    - Öldürülmüş robotların hissələrini istifadə etmək mümkün olacaq. Məsələn həmin hissələrdən oyunçu özünə zireh və ya silah düzəldə biləcək.
    - Oyunda olan böyük dünyada cürbəcür robotlar mövcud olacaq. Watchers adlı kiçik robotlardan tutmuş Longnecks adlı böyük robotlara kimi.
    - Press-konfrans zamanı təqdim olunan demo versiya PS4 konsolunda işə salınmışdır.
    - Studiya PS4 sisteminin bütün gücünü istifadə etməyə çalışır.
    - Horizon, Killzone: Shadow Fall-da istifadə olunan oyun mühərrikinin təkmilləşdirilmiş versiyası üzərində hazırlanır.
    - Oyunun ilk nümunələri Killzone 3-də istifadə olunmuş texnologiya üzərində hazırlanmışdır.
    - Crafting sistemi Horizonda mühüm rol oynayır. Bundan əlavə studiya oyunda müxtəlif cür missiyaların və RPG elementlərin olacağını bildirib.
    - Horizon Guerilla Games üçün tamamilə yeni təcrübədir. Studiya gələcəkdə Horizonu məşhur oyun seriyasına çevirməyi planlaşdırır.
    Horizon: Zero Dawn 2016-cı ildə eksklüziv olaraq PS4 üçün satışa çıxacaq.
    Linki kopyala