main-post-cover

    Horizon: Zero Dawn oyunundan yeni məlumatlar

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Gamescom 2015 oyun sərgisi çərçivəsində Guerilla Games studiyasının prodüsseri Horizon: Zero Dawn oyunu haqqında yeni məlumatları paylaşıb.
    "Biz bir çox fəlsəfi sualların aktuallığını qaldıran maraqlı hekayə hazırlamışıq. Oyunu oynayarkən siz Eloy-un kim olduğunu öyrənməklə yanaşı insanlığın bu vəziyyətə necə düşdüyünü və insanlıq üçün nə lazım olduğu kimi sualların cavablarını tapacaqsızınız. Horizon: Zero Dawn yalnız böyük silahları və robotları olan bir oyun deyil. Oyun maraqlı süjet xətdinə malik olan bir proyektdir. Bundan əlavə olaraq Horizon maraqlı və gizli mesajlarla zəngin olacaq. Məsələn ilk görünüşdən adi bir mağaraya bənzəyən yer əsrlər boyu gizli qalmış tarixin izlərini özündə əks etdirəcək" - deyə prodüsser bildirib. Söhbət əsnasında bəlli olub ki, oyunun RPG sistemi krafting, baş qəhrəmanın və silahların görünüşlərinin dəyişilməsi üzərində qurulub. Bu barədə geniş məlumatı studiya yaxın zamanda paylaşmağı planlaşdırır. 
    Oyunun döyüş sisteminə gəldikdə isə burada hər şey Eloy-un istifadə etdiyi primitiv texnologiyalara əsaslanır. Horizon-da artıq alışdığımız adi silahlar olmayacaq. Taktiki xüsusiyyətlərin köməyi ilə oyunçular robotları müşahidə edərək onların zəif nöqtələrini tapa biləcəklər. Texniki cəhətdən isə Horizon: Zero Dawn hava şəraiti və günün vaxtlarının dinamik şəkildə dəyişilməsinə malik kiçik ərazilərdən ibarət olan böyük sahəyə sahib bir oyundur. Qeyd edək ki, Horizon: Zero Dawn oyunu gələn il eksklüziv olaraq PS4 üçün satışa çıxacaq.
    Linki kopyala