HP 8000 qat daha güclü kompüter istehsal edəcək
Elm & Texnologiya
07.05.2017
Orkhan Karimov
Kompüterlərin gücü gələcəkdə 8000 qat arta bilər. Belə kompüterlərin istehsalının isə HP-nin dəstəyilə mümkün olacağı bildirilir.
Kompüterlərin iş prinsipi və yenilənən proqramları
nəzərə alsaq gün keçdikcə yeni daha güclü kompüterlərə tələb daha da
artmaqdadır. Bunu nəzərə alan HP yeni daha güclü kompüterlər istehsal etmək niyyətindədir. Verilən məlumata
inansaq HP standart kompüterlərdən 8000 qat daha güclü kompüter istehsal edəcək.
Xatırladaq ki, bir müddət əvvəl yaponlar
yeni super kompüter yaradacaqları haqda məlumat paylaşmışdılar. Amma HP-nin
istehsal edəcəyi The Machine adlı
super kompüter də olduqca iddialı görünür. 2014-cü ildən bu günədək HP belə
kompüterlərin üzərində işlər aparmaqdadır. Olduqca yüksək keyfiyyətləri ilə
diqqət çəkən kompüterin 2018 və ya 2019-cu ildə istifadəyə verilməsi nəzərdə
tutulur.
Cihazın sahib olduğu RAM miqdarının 8 TB olacağı bildirilir. Bu miqdar gələcəkdə daha da yüksəldilə bilər. The Machine-ni
ilə bağlı işlər tamamlandıqda standart kompüterlərdən 8000 qat daha güclü və
sürətli olacağı bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ