

Dünyanın ən böyük texnologiya şirkətlərindən olan "HP”, yüksək performanslı idarəetmə (HPC) sahəsində xidmət göstərən "SGI” şirkətini 275 milyon dollara almaq istəyini bildirib.
Bu alış-verişi "HP"nin keçən il öz tərkibindən ayırdığı "Hewlett Packard Enterprise” həyata keçirəcək. HPC sahəsində depolama, tətbiq və server xidməti verən "SGI”, "Silicon Graphics” adını daşıyarkən, 2009-cu ildə "Rackable” tərəfindən alınıb və "Rackable” öz adını "Silicon Graphics International” (SGI) olaraq dəyişdirmişdi.
"HP Enterprise”ın bu sahədəki ticarətini gələcək üçün böyük yatırım hesab etmək olar. Çünki HPC bazarı 11 milyon dollarlıq bir həcmə sahibdir və ildə 6-8%-lik böyümə göstərir. "SGI" təqribən 1100 işçiyə sahib olmaqla bərabər, 2016-cı il üçün gəliri 533 milyon dolları keçir.
Günəş sistemi haqqında 10 maraqlı fakt
Nəğd və hissə payı qarşılığında imzalanan razılaşma aktının 2017-ci ilin birinci rübündə tamamlanması gözlənilir. Razılaşma aktı imzalandıqdan sonra "SGI”, "Hewlett Packard Enterprise”ın tərkibində fəaliyyətini davam etdirəcək. Petabayt çağında yaşadığımızı nəzərə alsaq, "SGI”ın nə qədər faydalı investisiya olduğu gözdən qaçmır.
Şərh yoxdur