HP 'dən Windows Phone-ların Atası: Elite X3 təqdim edildi !

HP 'dən Windows Phone-ların Atası: Elite X3 təqdim edildi !

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Mobil Dünya Konqresində yeni cihazların rəsmi təqdimatları davam edir. LG və Samsungun yeni admiral gəmiləri G5 və Galaxy S7 ardıcıllığı danışılarkən, Windows platformasından da yeni cihaz xəbəri gəldi. HP-bir müddətdir üzərində işlədiyi Elite x3\'ün rəsmi elanı reallaşdı.
 
Snapdragon 820\'li İlk Windows:


HP\'nin yeni diqqət çəkici xüsusiyyəti bu günə qədər ki ən aktual (və ən güclü) təchizata sahib bir Windows cihazı olmağıdır. 2560x1440 ölçüdə 6 düymlük ekranı ilə "phablet" kateqoriyasına daxil olan Elite x3, Snapdragon 820 prossesorlu ilk Windows Phone olma ünvanına haqq qazanmış vəziyyətdədir. 4GB LPDDR4 yaddaş ilə gələn cihazda microSD kart ilə 2 TB\'a qədər artırıla bilən 64 GB-lıq daxili yaddaş sahəsi var. Cihazda 16 megapiksel arxa, 8 megapiksel ön kameraya yer verilir və 4150 mAh dəyərində batareyadan istifadə edilir.

Monitora qoş, PC Kimi İstifadə et:


Microsoft\'un Windows 10 əməliyyat sistemi ilə mənimsədiyi "tək platforma" anlayışı ilə şəkilləndirilən HP Elite x3, tablet, ağıllı telefon və PC təcrübəsini tək cihazda toplamağı qarşısına məqsəd qoyub. Ekran ölçüsüylə ağıllı telefon və tablet arasına mövqelənən cihaz, Windows 10 ilə təqdim edilən Continuum funksiyasını dəstəkləyir. Bu funksiya sayəsində bir monitora bağlanaraq, telefon funksiyası aktiv olan vaxt bir PC kimi istifadə edilə bilir. Təbii ki xüsusiyyətin istifadə edilə bilməsi üçün cihaz ilə monitor əlaqəsini təmin edəcək bir interfeysə ehtiyac yaranır. HP bu iş üçün Desk Dock adlı bir modul hazırlayıb. USB, USB-C, DisplayPort əlaqələri ilə gələn aksesuar qutu məzmununa daxil deyil və ayrı satılır.

Barmaq izi və gözü skan etmə funksiyası:


161.8 x 83.5 x 7.8mm ölçülərinə sahib 195g ağırlığındakı cihazda kabelsiz enerji doldurma, barmaq izi skan etmə, iris göz skaneri kimi əlavə xüsusiyyətlər də təqdim edilir. HP\'nin yeni cihazı Elite X3, güclü təchizatı, Windows Continuum funksiyası, təhlükəsizlik məqsədli barmaq izi və göz skaner xüsusiyyətləri ilə peşəkar istehlakçı bazarında və təşkilati bazarda diqqət çəkəcək bir məhsuldur. Hələ qiyməti və satışa çıxış tarixi açıqlanmayan cihazın ilin sonuna qədər rəflərdəki yerini alacağı ehtimal edilir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×