main-post-cover

    HP\'nin Windows 10 sistemli telefonundan yeni məlumatlar gəldi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    HP’nin Falcon adı ilə benchmark testinə yaxalanan Windows 10 Mobile sistemli ağıllı telefonu haqqında yeni məlumatlar ortaya çıxıb. Daha çox iş dünyasını hədəf alan ağıllı telefonun bazarda "HP Elite x3” adı ilə yer alacağı söylənilir. Evan Blass, yəni @evleaks tərəfindən gələn məlumatın çox böyük ehtimalla doğru olduğu deyilir. Əlavə olaraq HP’nin iş hədəfli məhsullarında Elite markasını istifadə etdiyini hamımız bilirik. HP Elite X3’ün gözlənilən xüsusiyyətlərinə gəldikdə isə 5.8 inçlik Quad HD ekran, Snapdragon 820 prosessor və Continuum xüsusiyyətinə dəstək olması gözlənilir.
    Linki kopyala