main-post-cover

    ​HTC 10\'un təqdimat tarixi açıqlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    HTC'nin səbrizliklə gözlənilən yeni flaqman telfonu HTC 10, New York, Londra və Taipei şəhərlərində, həmçinin htc.com saytında təqdim ediləcək.
     
    ​HTC 10'un təqdimat tarixi açıqlandı


    Son vaxtlar mobil cihaz sahəsində durğunluq yaşayan və yenidən zirvəyə çıxmaq istəyən HTC, bu hədəfinə çatmaq üçün yeni flaqman telefonu HTC 10'a çox güvənir. HTC'nin səbrizliklə gözlənilən yeni flaqman telfonu HTC 10, New York, Londra və Taipei şəhərlərində, həmçinin htc.com saytında təqdim ediləcək. Şirkətin rəsmi Twitter hesabından paylaşılan məlumata əsasən tədbir 12 apreldə keçiriləcək.
     
    ​HTC 10'un təqdimat tarixi açıqlandı


    Son məlumatlara görə HTC 10’da Super LCD 5 ekran və 3000 mAh batareyadan istifadə olunacaq. Super LCD 5’i AMOLED’dən fərqləndirən isə normal LCD’dən fərqli olaraq xarici şüşə ilə ekranın birləşdiyi hissədə hava boşluğununun olmaması və bununla da daha az qamaşma ilə istifadəçinin ekranı özünə daha yaxın hiss etməsinə səbəb olur. Əlavə olaraq daha az enerji sərfiyyatı ilə artan xarici sahə görünüşü digər müsbət dəyişikliklərdəndir.
     
    Qulacomm Snapdragon 820 çipsetinə və Adreno 530 qrafik oynadıcısına sahib olacaq HTC 10'da 4 GB RAM, microSD kart dəstəyi 16/32/64 GB daxili yaddaş seçimləri olacaq.
     
    HTC 10’un digər texniki detalları isə hələki tam olaraq bilinmir, amma cihazda 2 kamera modulunun və 4 fərqli rəng seçiminin olacağı dəqiqdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər