main-post-cover

    HTC 11-in texniki göstəriciləri sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İnternet mənbələri, "HTC” şirkətinin yeni flaqman smartfonu HTC 11-in texniki göstəriciləri haqqında məlumatlar əldə ediblər.

    Hal-hazırda smarfonun kod adı HTC Ocean-dır. Cihaz bir neçə versiyada satışa çıxacaq. Güman olunur ki, onların adları Ocean Smart, Ocean NoteOcean Master olacaq. Görünür onlar ekran ölçüləri və texniki göstəricilərinə görə bir-birilərindən fərqlənəcəklər. Hələki məlumdur ki, əsas model 5.5 inç-lik çərçivəsiz ekrana sahib olacaq. Smartfon, yeni Qualcomm Snapdragon 835 prosessoru və Quick Charge 4.0 özəllikli 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən cihaz yalnız USB-C girişinə sahib olacaq. Yəni onda 3.5 mm audio giriş olmayacaq. Həmçinin məlumata əsasən HTC 11, 12 MP-lik ikili arxa və 8 MP-lik ön kameranı özündə biləşdirəcək. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışacaq. HTC 11, 256 GB daxili yaddaşa sahib model ilə də satışa çıxacaq. Cihazın təqribi qiyməti 700$ təşkil edəcək. HTC 11-in rəsmi təqdimatı 27 Fevral – 2 Mart tarixləri arasında Barselonada keçiriləcək MWC tədbirində baş tutması gözlənilir.
    Linki kopyala