main-post-cover

    HTC Apple-a müharibə elan etdi. iPhone gətir HTC apar.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple və HTC arasında qalmaqallar davam edir. Dizayn barəsində mübahisələrin artdığı bir vaxtda HTC maraqlı bir kompaniya elan edib.
    Bu günə qədər HTC-nin iPhone-dan dizayn oğurladığı iddiaları mediada geniş səs küy yaradıb. Xüsusilə HTC ONE M9 modelinin iPhone 6 və 6s modellərinə bənzəmməsi mübahisələrin əsasını təşkil edir. iPhone istifadəçiləri iddia edir ki, məhz HTC öz modellərində iPhone-nun dizaynından istifadə edir. Buna cavab olaraq HTC rəsmiləri verdiyi açıqlamada bu tip dizaynın ilk dəfə HTC ONE modellərində istifadə olunduğunu və məhz Apple-ın son modellərində HTC dizaynından istifadə etdiyini bildiriblər. Məsləyə obyektiv yanaşsaq həqiqətən bu dizaynın ilk dəfə HTC-də olduğunu aydın görmək olar.
    Bütün bu mübahisələrdən sonra vəziyyət, iki firma arasında son dərəcə gərgindir. HTC-nin elan etdiyi son kompaniya isə demək olar ki, müharibənin başlanğıcıdır.
    Texniki parametrləri yüksək səviyyədə olan və üst-üstə yenilənmələri birinci alan HTC ONE M9 bazarda böyük paya sahibdir.
    Kompaniyadan danışaq. Yəqin ki, köhnəni gətir təzəni endirimli al kimi kompaniyalar tez-tez rastımıza çıxır lakin bu dəfə vəziyyət fərqlidir. HTC bir başa olaraq elan edir ki, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s plus modellərini gətir yeni HTC ONE M9 pulsuz al. Amerikada 500 dollara satılan bu model rəsmi internet səhifəsində verilən kompaniyada əgər iPhone modeli gətirsəz 500 dollar endirim alacaqsınız kimi qeyd olunub. Bu HTC-ni pulsuz əldə etmək deməkdir. Bundan əlavə Samsung Galaxy S6 və S6 edge modellərini təhvil versəz 200 dollar, Lg G3 və G4 modellərinə isə 100 dollar endirim ala bilərsiniz.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər