HTC Bolt rəsmi olaraq təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"HTC” şirkəti ABŞ-da öz yeni smartfonu HTC Bolt-u təqdim etdi.
Dizayn baxımından yeni cihaz HTC
10-nu xatırlatsa da öz imkanlarına görə ondan fərqlənir. Məsələn HTC Bolt IP57
standartı üzrə tozdan və sudan qorunma xüsusiyyətini əldə edib lakin 3.5 mm
audio girişdən məhrum olub. Alüminium korpusa sahib olan HTC Bolt-da barmaq izi
skanı "Home" düyməsinə yerləşdirilib. Smartfon 5.5 inç Quad HD ekran (Corning
Gorilla Glass 5 qoruyucu şüşə örtüklü), Qualcomm Snapdragon 810 prosessoru, 3
GB RAM, 32 GB daxili yaddaş (microoSD dsətəklənir), 3200 mAh enerji tutumlu
batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə HTC Bolt, 4K formatlı video
çəkim və fotonun optik stabilizasiya sistem özəllikli 16 MP-lik arxa və 8
MP-lik ön kameraya sahibdir. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi
vasitəsilə çalışır. Cihazın qiyməti isə 600$ təşkil edəcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!