Hər ötən il yeni bir One seriyalı flaqman modellə bazara çıxan HTC deyəsən bu dəfə dəyişiklik etmək fikrindədir. Son vaxtlar smartfon aləmində gəzən şayiələrə görə Tayvanın məşhur texnologiya firması yeni modelinin həm dizaynın da həm də adında dəyişikliklər edəcək. LlabTooFer adlı tweeter istifadəçisinin dediyinə görə M9-un davamçısı Aero9 adlanacaq. Digər bir twitter istifadəçisi Evan Blass isə telefonun texniki parametrlərini paylaşıb. Onun dediyinə görə HTC A9 5 inç Full HD ekrana, 13MP arxa kameraya və 2150 mAh batareyaya sahib olacaq. Yeni telefonda təəssüf ki, Boomsound səs sistemi və USB 3.0 çıxışı olmayacaq. 2 gb ram və 16 gb daxili yaddaşdan əl çəkməyən HTC telefonu noyabr ayında satışa buraxacaq. Gördüyünüz kimi telefonun texniki göstəriciləri çox da ürəyaçan deyil. Amma bu xəbərin rəsmi mənbələrdən gəlmdəyini də unutmamaq lazımdır.
Şərh yoxdur