main-post-cover

    HTC-nin yeni flaqman smartfonu HTC U, bomba kimi gələcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    HTC-nin aprel ayında təqdim edəcəyi flaqmanı HTC U, çox fərqli bir xüsusiyyət ilə gəlir.

    Daha əvvəl HTC-nin, HTC U adlı ağıllı telefon üzərində çalışdığına dair söz-söhbətlər eşitmişdik. "Ocean” kod adı olan telefon 2017-ci ilə aid bir başqa flaqmanıdır. İndi də, VentureBeat saytı HTC U ilə əlaqədar əhəmiyyətli məlumatlar açıqladı.
    Hesabata görə HTC U, 5.5 inç WQHD (2560 x 1440) ekrana sahib olacaq və Snapdragon 835 prosessoru ilə güçlendiriləcək. Telefonun 12MP arxa və 16MP ön kameralara sahib olması və 64 və ya 128GB daxili yaddaş sahəsi və microSD kart ilə gəlməsi gözlənilir. Proqram hissəsində isə HTC U, Android 7.1 əməliyyat sistemi və Sense 9 UIinterfeysini işlədəcək.
    HTC U-nun ön plana çıxan xüsusiyyəti telefonun ətrafında olan və müxtəlif xüsusiyyətləri nəzarət etmək üçün istifadə edilə biləcək metal çərçivəyə yerləşdirilmiş sensorlara sahib Edge Sense ilə sensor çərçivəyə sahib olacağı mənasına gəlir. Hesabata görə, HTC May ayında satışa təqdim ediləcək olan HTC U-nu Aprel ayında rəsmi olaraq açıqlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər