main-post-cover

    HTC-nin Yeni Telefonu A16 Sızdırıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu il One M10 ilə yenidən bazarda yüksəlişə keçməyə hazırlaşan HTC, buna qarşı admiral gəmisi mövqeyində olan cihazını Mobil Dünya Konqresində sərgiyə çıxarmayacaq. Galaxy S7 və LG G5 kimi mühüm telefonların bir kontekstdə ayaq altından çəkilməyini gözləyən HTC, One M10 üçün bazarın durğunlaşdığı bir vaxtı gözləyir. Bu an üçün One M10'un sərgiyə çıxacağı tarix 11 Aprel olaraq müəyyən edilmiş vəziyyətdədir.


    Lakin bu vəziyyət, HTC-nin MWC 2016 tədbirinin boş keçəcəyi mənasını vermir. Sızıntıları ilə məşhur olan @evleaks, HTC-nin yeni telefonu A16'nı tədbridən əvvəl izləyiciləri ilə paylaşdı. Haqqında hal-hazırda bir çox məlumatımız olmayan telefon, böyük ehtimalla təqdimatın ardınca Desire ailəsinə qatılacaq.

    Dizayn olaraq bir çox fərqli rəng variantlarına sahib olan  A16, ikiqat dinamiki, rəngləndirilmiş güc düyməsi və arxa qisimində aradan qaldırılmış antena xəttləri ilə diqqət çəkir. HTC, yeni telefonu A16'nı Mart ayında satışa təqdim etməyi planlaşdırır. Bəzi Tayvanda yerləşən mənbələrə görə telefonun 150 dollara yaxın etiket qiymətinə sahib olacağı deyilməkdədir. Bu da A16'nın giriş səviyyəsi cihaz olaraq qarşımıza çıxacağı mənasını verir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər