main-post-cover

    HTC Ocean modeli haqqında yeni məlumatlar sızdırıldı (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu həftə "HTC” şirkəti, kod adı Ocean olan yeni smartfonunu təqdim edəcəyi təbir keçirdəcək.

    Həmin model HTC 11 ola bilər. Şirkət öz yeni smartfon barəsində hələ ki, sükutda olsa da bu modelin bəzi funksiyaları barədə məlumatlar artıq internetə sızdırılıb. Yeni flaqman smartfonun əsas özəlliyi jestlər funksiyası olacaq. Beləliklə istifadəçi, smartfonu bir əli ilə və onun toxunuşa həssas kənarları hesabına idarə edəcək. Bu cür funksiyaya Xiaomi modellərində rast gəlmək olardı. Lakin həmin modellərdə sözügedən funksiya o qədər də uğurlu olmamışdı. Təqdim olunmuş videoda görmək olar ki, HTC Ocean, əyilmiş ekran əvəzinə sadəcə2.5D qoruyucu şüşədən istifadə edir. Çox güman ki, smartfon, metal korpusa sahib olacaq. Həmçinin güman etmək olar ki, cihaz müasir tələbatlardan fərqli olaraq bir qədər kompakt şəkildə təqdim olunacaq. Bundan əlavə olaraq smartfonun ekranının altındakı kiçik üzük diqqəti çəkir. Böyük ehtimalla həmin üzük sensorlu düymə rolunu oynayacaq. Sonuncu məlumatlara əsasən şirkətin bu il üçün böyük planları var. Belə ki, o, gələcəyə inamla baxaraq böhrandan çıxış yollarını axtarır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər