HTC 10 ilə bağlı son məlumatlar yenə də artıq bu sahədə mütəxəssisləşmiş @Evan Blass, yəni Evan Blass\'dan gəldi.
Son məlumatlara görə HTC 10’da AMOLED deyil, Super LCD 5 ekran və 3000 mAh batareyadan istifadə olunacaq. Super LCD 5’i AMOLED’dən fərqləndirən isə normal LCD’dən fərqli olaraq xarici şüşə ilə ekranın birləşdiyi hissədə hava boşluğununun olmaması və bununla da daha az qamaşma ilə istifadəçinin ekranı özünə daha yaxın hiss etməsinə səbəb olur. Əlavə olaraq daha az enerji sərfiyyatı ilə artan xarici sahə görünüşü digər müsbət dəyişikliklərdəndir. HTC 10’un digər texniki detalları isə hələki tam olaraq bilinmir, amma cihazda 2 kamera modulunun və 4 fərqli rəng seçiminin olacağı dəqiqdir.
Şərh yoxdur